Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

BVF Bakıda hansı məsələləri müzakirə edəcək?


BVF missiyasının səfəri sentyabrın 6-na qədər davam edəcək
BVF missiyasının səfəri sentyabrın 6-na qədər davam edəcək

Avqustun 30-da Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası Bakıya gəlir. Səfər sentyabrın 6-na qədər davam edəcək. Fondun Azərbaycan Nümayəndəliyindən Mətbuat Xidmətinin əməkdaşı Rəna Vəliyevanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, səfər zamanı əsasən 2007-ci ilin dövlət büdcəsi layihəsi və makroiqtisadi siyasətin təməl prinsipləri üzrə hökumətlə məsləhətləşmələr aparılacaq. Rəna Vəliyevanın dediyinə görə, Fondun nümayəndələri İqtisadi İnkişaf, Maliyyə nazirliklərində, Dövlət Statistika Komitəsində, Neft Şirkətində, Dövlət Sosial Müdafiə Fondunda, Milli və Beynəlxalq Banklarda görüşlər keçirəcəklər. Fondun Azərbaycan üzrə missiyasının rəhbəri Vitali Kramarenko isə sentyabrın 1-də Bakıya gələcək.


Amma, BVF-nin Azərbaycan missiyasının budəfəki gəlişini təkcə 2007-ci il dövlət büdcəsinin müzakirəsilə bağlamayanlar da var. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, BVF daha çox dövlət xərclərinin artırılması ilə bağlı yaranan inflyasiyadan narahatdır. Bundan başqa Fond enerji sektorunda islahatların aparılmasına çalışır. Qubad İbadoğlu hesab edir ki, bu görüşlərdə benzinin qiymətinin qaldırılması məsələsi də müzakirə mövzusu ola bilər. Amma iqtisadçı inanmır ki, Azərbaycan hökuməti indiki məqamda belə bir tələbə əməl etsin.


BVF-nin Azərbaycan nümayəndəliyindən isə bildirdilər ki, missiyanın budəfəki səfərində benzinin qiymətinin qaldırılması məsələsi müzakirə mövzusu olmayacaq.


XS
SM
MD
LG