Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:23

DSK Beynəlxalq Valyuta Fondunun yardımından imtina edib


Dövlət Statistika Komitəsi (DSK) inflyasiyanın hesablanması metodikasının təkmilləşdirilməsi ilə bağlı Beynəlxalq Valyuta Fondunun (BVF) yardımından imtina edib. Bu barədə məlumat verən DSK-nin sədri Arif Vəliyev bildirib ki, BVF inflyasiyanın ticarət dövriyyəsinə əsasən hesablanmasını tövsiyə edir, halbuki ölkədəki ticarət dövriyyəsinin yarısı paytaxtın payına düşür, bölgələrdə isə fərdi təsərrüfatları olduğu üçün əksər vətəndaşlar ərzaq məhsulları almağa az pul xərcləyirlər. Cənab Vəliyevin sözlərinə görə, bundan başqa, Bakıda çoxlu xarici şirkətlər və əcnəbi vətəndaşlar var ki, maşın, kompyuter və sair mallar alırlar.


DSK-nin sədri bu ilin altı ayı ərzində inflasiyanın 6 faiz olduğunu da bildirib.


Bəzi müstəqil ekspertlər isə ölkədə gedən inflasiyanın hökumətin söylədiyi rəqəmlərdən yüksək olduğunu bildirirlər.
XS
SM
MD
LG