Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Avropa Məhkəməsi sabiq nazir və akademiklə bağlı qərar verdi


Avropa Məjkəməsi Azərbaycanla bağlı daha iki qərar verdi
Avropa Məjkəməsi Azərbaycanla bağlı daha iki qərar verdi
Noyabrın 9-da Avropa İnsan Haqları Məhkəməsi sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin və akademik Eldar Salayevin Azərbaycana qarşı iddiaları ilə bağlı qərarlarını açıqlayıb.

Avropa Məhkəməsi Fərhad Əliyevin həbsi zamanı və həbsdə olduğu vaxt azad və təhlükəsiz yaşamaq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulduğunu müəyyənləşdirib.

Məhkəmə qərarına görə, Azərbaycan dövləti Fərhad Əliyevə vurulan mənəvi ziyana görə 16 min avro, çəkilən xərclərə görə isə 25 min avro (cəmi 41 min avro) təzminat ödəməlidir.

Akdemik Eldar Salayev isə qanunsuz olaraq tutulması və 20 günə yaxın saxlanmasından şikayət edirdi.

Avropa Məhkəməsi akademikin azad və təhlükəsiz yaşamaq hüququnun pozuntusunu müəyyənləşdirib. Ancaq iddiaçı təzminat tələb etmədiyindən Məhkəmə təzminat ödənilməməsinə qərar verib.

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd və iqtisadi cinayətlər ittihamıyla həbs olunub. 2007-ci ildə isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs edilən Eldar Salayev az bir müddət həbsdə saxlandıqdan sonra, onun haqqında qəbul edilən həbs-qətimkan tədbiri ləğv edilib. Bundan sonra Salayev Baş Prokururluğun razılığı ilə müalicə üçün ABŞ və Türkiyədə olub.

Buna da bax:

XS
SM
MD
LG