Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Fərhad Əliyevin məhkəməsində dindirilmələr başa çatıb


Avqustun 29-da Fərhad Əliyevin məhkəməsində sonuncu dindirilmə olub
Avqustun 29-da Fərhad Əliyevin məhkəməsində sonuncu dindirilmə olub

Avqustun 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, «Azpetrol» Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsində sonuncu dindirilmə prosesi olub.


2 şahid və 4 mülki cavabdeh dindirilib. Hakim Tofiq Paşayev məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, məhkəmə prosesi başlayandan bəri ümumilikdə 330 şahid və mülki cavabdeh dindirilib.


«Hesab edirəm ki, artıq yeni mərhələyə-sənədlərin araşdırılmasına keçmək olar. Lakin məhkəmə prosesi başa çatanadək hansı şahid və ya mülki cavabdeh məhkəmənin işinə qatılarsa, təbii ki, biz onu da dindirəcəyik» - deyə hakim Paşayev bildirib.


Fərhad Əliyev hakimdən söz alaraq ittiham aktının saxta və iftiralarla dolu olduğunu söyləyib.


Günün ikinci yarısından başlayaraq məhkəmə iclasında sənədlərin araşdırılmasına start veriləcək. Məlumatı «Trend» yayıb.


Sabiq nazir, qardaşı və digər 17 nəfər dövlət əmlakının mənimsəmədə, korrupsiyada və s.-də ittiham olunurlar.


XS
SM
MD
LG