Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Türkiyə Azərbaycan-Ermənistan problemini nəzərə alacaq


Rəcəp Tayyip Ərdoğan
Rəcəp Tayyip Ərdoğan
«Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması önəmli bir addımdır və biz bu işdən məmnunluq duyuruq. Ancaq Türkiyə Böyük Millət Məclisi (TBMM) bu sənədləri təsdiqləyərkən Azərbaycan və Ermənistan arasındakı problemin vəziyyətini mütləq nəzərə alacaq».

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan oktyabrın 11-də Ədalət və İnkişaf partiyasının baş qərargahındakı toplantıda belə deyib:

«Bizim Ermənistandan gözləntimiz beynəlxalq hüququn normalarına əməl etməsi, Cənubi Qafqazın daimi sülhün və rifahın hökm sürdüyü bölgəyə çevrilməsidir. İxtilafların çözülməsini və bütün sərhədlərin birlikdə açılmasını istəyirik. Ermənistan işğal altında olan Azərbaycan torpaqlarından çəkilməyəcəyi təqdirdə Türkiyə də bu məsələdə müsbət addım ata bilməz. Mən bu söhbəti cənab Obamaya da açdım və bu müddəti sürətləndirmələrini istədim».

Ərdoğanın sözlərinə görə, indi Türkiyənin təmənnası odur ki, Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ problemi eyni şəkildə həll yoluna qədəm qoysun. Bu belə olarsa, cəmiyyət Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını daha çox mənimsəyəcək.

Oktyabrın 10-da Sürixdə (İsveçrə) ABŞ, Fransa və Rusiya xarici işlər nazirlərinin də qatıldığı görüşdə Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutan protokollar imzalanıb. Həmin protokollar iki ay müddətində TBMM tərəfindən ratifikasiya edilməlidir. Bundan sonra Türkiyə Ermənistan sərhədləri açılmalıdır. Rəsmi Bakı Ankara ilə Yerevan arasında bu protokolların imzalanmasından narahatlıq keçirdiyini bildirib.
XS
SM
MD
LG