Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Dövlət Departamenti «Yeni Fikir»çilərin məhkəməsinin qapalı keçməsinə etiraz edir


Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli. Məhkəməyə hazırlıq iclası, 31 mart 2006
Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli. Məhkəməyə hazırlıq iclası, 31 mart 2006
Aprelin 13-də ABŞ Dövlət Departamenti «Yeni Fikir» Gənclər Təşkilatının liderləri üzərində məhkəmə prosesinin qapalı keçirilməsinə etirazını bildirib.

Dövlət Departamenti hesab edir ki, məhkəmənin bu barədə qərarı beynəlxalq normalara və qanunun aliliyinə ziddir. Departament Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məsələlərin prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı müzakirə olunacağını da vurğulayıb.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Linda Hartley «Azadlıq» radiosuna verdiyi açıqlamada bildirib ki, Birləşmiş Ştatlar «Yeni Fikir» Gənclər Təşkilatının işi ilə bağlı məhkəmə prosesinin qapalı keçirilməsi qərarına qətiyyətlə qarşıdır: «Prosesin bağlı qapılar arxasında keçirilməsi və təqsirləndirilənlərin onlara qarşı toplanan sübutlara çıxışlarının məhdudlaşdırılması beynəlxalq normalarla və qanunun aliliyinin elementar prinsiplərinə ziddir. Birləşmiş Ştatlar bu işi yaxından izləyir. Səfirlik bununla bağlı narahatlığını Azərbaycan rəsmilərinə bildirib və hər fürsətdə bildirməkdə davam edəcək».


Dövlət Departamentinin sözçüsü həmçinin əlavə edib ki, Azərbaycanda və dünyanın hər bir yerində insan hüquqlarının qorunması Birləşmiş Ştatları narahat edən əsas məsələdir. «Bizim bu yaxınlarda yaydığımız insan haqlarına dair hesabatda Azərbaycanda bu sahədə yaranmış vəziyyət, o cümlədən pozuntular barədə detallı məlumat verilir. Bizim Azərbaycan hökuməti ilə bu mühüm məsələ ilə bağlı dialoqumuz davam edir. Biz gözləyirik ki, prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri ilə yanaşı, ABŞ-ın Azərbaycandakı insan haqları və demokratik islahatlarla bağlı olan narahatlıqları da müzakirə obyekti olacaq», - deyə Dövlət Departamentinin sözçüsü Linda Hartley bildirir.


XS
SM
MD
LG