Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:48

«Yeni Fikir»çilərin halının pisləşdiyi deyilir


Aprelin 12-də AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənli və partiyanın Binəqədi rayon şöbəsinin rəhbəri Rövşən Azayev öz mənzilində saxlanıb, sonradan cərimələnərək azad olunub. Elə həmin gün «Yeni Fikir» Gənclər Təşkilatının iki üzvü də saxlanıb, Nəsimi Rayon Məhkəməsi tərəfindən cərimələnib.

AXCP Mətbuat Xidmətinin məlumatına görə, bunlar «Yeni Fikir»çilərin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qarşısında etiraz aksiyası keçirmək istəməsilə əlaqədardır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti isə onlarda belə bir məlumat olmadığını dedi.


Aprelin 12-də «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyevlə Səid Nurinin məhkəmə prosesi davam edib. Səid Nurinin sözlərinə görə, məhkəmə onları vəkillə təmin edib, baxmayaraq ki, bundan əvvəl «Yeni Fikir»çilər öz vəkillərindən imtina etmişdilər.


Səid Nuri: «Vəkillərdən xahiş etdik ki, hüquqlarımızı qorumasınlar, ancaq onlar bizə qulaq asmadılar, sanki bizi deyil, hakim və prokuroru müdafiə edirdilər».


Cənab Nuri məhkəmə vaxtı özünün və Ruslan Bəşirlinin halının pisləşdiyini deyir.


Proses aprelin 13-də davam edəcək.


«Yeni Fikir»çilər dövlət çevrilişinə cəhddə və qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olmaqda ittiham olunur.


Hüquq müdafiəçiləri onları potensial siyasi məhbus hesab edirlər.


XS
SM
MD
LG