Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

Qarabağda keçmiş və indiki 'müdafiə nazirləri' toqquşdu


Levon Mnatsakanian
Levon Mnatsakanian

►"Azərbaycan 3 günə 20 min mərmi atıb"

Dağlıq Qarabağın separatçı rejiminin indiki "müdafiə naziri" Levon Mnatsakanyan keçmiş "müdafiə naziri" Samvel Babayanı 1994-cü ilin yanvar-fevral aylarında bircə gün ərzində 21 kilometrlik ərazini Azərbaycana təhvil verməkdə günahlandırıb.

İki "müdafiə naziri" arasında qiyabi polemika kəskinləşməkdədir.

Bundan əvvəl Samvel Babayan aprel əməliyyatları zamanı erməni tərəfinin səhvlərə yol verdiyini demişdi.

"Bu laqeydlik idimi, yoxsa bizimkilər mövqeləri zəiflətmişdilər, yaxud başqa səbəblər olub - bunu nazirlik araşdırmalıdır... Fakt odur ki, yarım saat, yaxud bir saat ərzində bütün mövqelər təhvil verilmişdi. Bundan sonra biz hücumlar edərək itirilmiş ərazilər üzərində nəzarəti bərpa etməyə çalışdıq, bu da itkilərə səbəb oldu," deyə Babayan bildirib.

İndiki "nazir" Levon Mnatsakanyan isə ərazilərin itirildiyini danmır, ancaq Babayanı "yaddaşını təzələyərək" vaxtilə torpaqları necə verdiyini xatırlamağa çağırıb.

Samvel Babayanın bu gün müdafiə sistemlərinin yaradılmaması barədə iradına cavab olaraq indiki "müdafiə naziri" soruşub ki, onun özü vəzifədə olduğu vaxt belə sistemləri yaratmışdımı?

Samvel Babayan
Samvel Babayan

"Bundan başqa, o vəzifədə olduğu günlərdə bizim elə mövqelərimiz var idi ki, düşmənin mövqelərindən cəmi 50 metr aralı yerləşirdi. Onda o niyə düşmənə 50 metr məsafədə mövqelər qurmağa imkan vermişdi?" Mnatsakanyan deyib.

Samvel Babayanın aprelin əvvəlində baş verənlərin müharibə yox, diversiya əməliyyatı olduğu barədə sözlərinə cavab olaraq indiki "nazir" bildirib ki, "düşmən təmas xəttinin bütün perimetri boyunca, 200 kilometrdən çox ərazidə 1000-dən çox xüsusi təyinarlı döyüşçü, 200 tank, artilleriya sistemləri, zərbə vuran pilotsuz uçan aparatlardan istifadə edib. O deyib ki, Azərbaycan tərəfi aprelin üç günü ərzində 20 mindən çox mərmi buraxıb. Halbuki 1992 - 1994-cü illərdə üç il ərzində buraxılmış mərmilərin sayı 100 mini keçməmişdi.

Bundan əvvəl Qarabağ "parlamentinin" Hayk Xanumyan adlı müxalifətdən olan deputatı tələb etmişdi ki, Samvel Babayan yenidən "müdafiə naziri" vəzifəsinə təyin edilsin. (Yeri gəlmişkən, həmin deputat dünən ağır döyülüb.)

Deputatın bu tələbindən sonra Xankəndidə çıxış edən Babayan deyib ki, onu keçmiş vəzifəsi maraqlandırmır.

Mnatsakanyan Babayanın bu çıxışını Qarabağa qarşı diversiya adlandırıb. "Onun bəyanatlarında kadr dəyişikliklərinə çağırış var. Mən bunu təhlükəli hesab edirəm... Onun bu hərəkətlərini cəmiyyətimizə, suveren dövlətimizə, onun müdafiə gücünə qarşı təxribat hesab edirəm," deyə o bildiirb.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)

Ramazanın başlanğıcı ətrafında yenə mübahisə düşdü. Hətta birliyə çağırmağın özü mübahisə yaratdı
Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (8 iyun)

İlham Əliyevə belə etiraz edən olmamışdı - Bəs polis hara baxır?
XS
SM
MD
LG