Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

Robert Koçaryan: “Hamı inanmaq istəyirdi ki, Rusiya...”


Robert Koçaryan
Robert Koçaryan

"Dördgünlük müharibədən" danışan keçmiş Ermənistan prezidenti deyib ki, Azərbaycanın silahlanmasına yol verilməməliydi

Artak Ambartsumyan “Azatutyun”un saytında yazır ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan son müsahibəsində Qarabağda “aprel müharibəsi” məsələsinə toxunub, habelə ölkədaxili siyasi prosesləri və Moskva-Yerevan münasibətlərini qiymətləndirməyə çalışıb.

Özünə aid qeyri-rəsmi internet saytına müsahibəsində Koçaryan deyib ki, aprel müharibəsinin nəticələrinə görə “Bakıda yaşanan qələbə eyforiyasının heç bir əsası yoxdur”.

Belə görünür ki, başlanmış hərbi əməliyyatın qiyməti, onun artan miqyası Bakı üçün namünasib olub və müharibə dayandırılıb

“Bəli, Azərbaycan ordusu bizim bir neçə mövqelərimizi tutub, amma özünün heç bir strateji məqsədinə çatmayıb” - deyib Koçaryan.

O bildirib ki, 4 günlük döyüşlər ərzində erməni tərəfinin itkiləri qeyri-məqbul şəkildə yüksək olub.

Lakin keçmiş prezidentin fikrincə, dördgünlük döyüşlər, “bu münaqişənin hətta pozulmuş hərbi balans şəraitində də hərbi yolla həll edilə bilməyəcəyini göstərib”.

Nə məğlubiyyət, nə də qələbə

Onun fikrincə, aprel ayında gözlənməsi gərək olan baş verib: “Ehtimalən Azərbaycanda DQR-in Özünümüdafiə Ordusunun döyüş hazırlığını, Qarabağ və Ermənistan əhalisinin təcavüzə qarşı durmaq hazırlığını lazımınca qiymətləndirməyiblər. Belə görünür ki, başlanmış hərbi əməliyyatın qiyməti, onun artan miqyası Bakı üçün namünasib olub və müharibə dayandırılıb. Mən baş vermiş hadisəni qələbə və ya məğlubiyyət kimi qiymətləndirməzdim”.

"Dördgünlük müharibədə" ermənilərin itkiləri böyük olub
"Dördgünlük müharibədə" ermənilərin itkiləri böyük olub

Koçaryan habelə Ermənistan hakimiyyətini lazımı silahların əldə edilməməsinə görə kəskin tənqid edib və xatırladıb ki, 2011-ci ildə Bakı və Moskva arasında imzalanmış sazişin icrasına qədər silahların keyfiyyəti sahəsində paritetə əməl edilirdi.

Bununla yanaşı, keçmiş prezident deyib ki, Azərbaycan aprel ayında uzun sürən müharibəyə hazır olsaydı, onu dörd gündən sonra dayandırmazdı.

“Azərbaycanın silahların keyfiyyətində üstünlük qazanmağa başlaması sirr deyildi, lakin biri var nəyisə biləsən, biri də var bununla döyüş meydanında rastlaşasan. Ən acınacaqlısı budur ki, ərazisində Rusiya hərbi bazası yerləşən KTMT üzvü Ermənistan düşməndən silahın keyfiyyətində zəif olub” – deyib Robert Koçaryan.

Azərbaycanın silahlanmasına yol verilməməliydi

O deyib ki, cəmiyyətin baş verənlərə ağrılı reaksiyası təbiidir: “Hamı inanmaq istəyirdi ki, Rusiya ilə hərbi ittifaq ən azı hərbi balansın saxlanmasına və beləliklə də, Ermənistan və Qarabağın təhlükəsizliyinə təminat verir. Lakin hər şeyin daha mürəkkəb olduğu üzə çıxdı”.

“Aşkardır ki, hərbi münaqişənin kəskinləşməsi Rusiya üçün əlverişli deyil, çünki o, öz qarşısına vasitəçi, Ermənistanın müttəfiqi olmaq və Azərbaycanla daha da yaxınlaşmaya can atmaq kimi çətin seçim qoyub. Bakıya ən müasir hücum silahlarının verilməsi belə bir ssenarinin yaranma ehtimalını artıraraq balansı pozub” – deyib Robert Koçaryan.

Keçmiş Ermənistan prezidenti deyir ki, Bakının silahlanmasına yol vermək olmazdı
Keçmiş Ermənistan prezidenti deyir ki, Bakının silahlanmasına yol vermək olmazdı

Koçaryan inanır ki, “Ermənistan, Rusiya-Azərbaycan silah sazişinin icrasını dayandıra bilməliydi. Ən azı silahların nomenklatrurası məhdudlaşdırılmalı və ya Ermənistana bənzər silahların verilməsi ilə sinxronlaşdırılmalıydı”.

Onun fikrincə, Ermənistan bir sıra hərbi təchizat məsələlərində hazırlıqlı olmayıb.

Koçaryan bildirib ki, Azərbaycan artıq son iki ildə gecə saatlarında erməni tərəfi üçün problemlər yaradırdı, lakin erməni tərəfi zəruri gecə ləvazimatına – gecə durbinlərinə, teplovizorlara malik deyildi, halbuki bunların hamısını kontraktlar olmadan da əldə etmək mümkün idi.

“Komandirin döyüşə mobil telefionla nəzarət etməsi, istehkamlarda gecə tuşlayıcılarının, ehtiyatdan çağırılmış mobil resurs heyətiüçün zirehli jiletlərin olmaması normal hal deyil” – deyib Koçaryan.

O əlavə edib ki, bütün bu boşluqlar qısa müddətdə doldurulmalıdır, lakin bunu Qarabağ hərəkatının başlanğıcında olduğu kimi “elliklə” deyil, təsisatlar səviyyəsində etmək lazımdır.

Kollektiv təhlükəsizlik Rusiyaya xidmət edir

Aprel döyüşləri barədə bu qədər uzun müddətdə susmasının səbəbləri barədə suala cavab verərkən keçmiş Ermənistan prezidenti bildirib ki, “xarici təhlükə olduğu vaxtlarda daxili təhlükəsizlik problemlərinin açıq müzakirəsi bəlli səbəblərdən məsləhət deyildi.

Əgər müharibə uzansaydı, əlbəttə Qarabağa gedərdim. Uzun müddətə, kamerasız və selfisiz...

O deyib ki, şüarlarla və ehtimallarla danışmaq istəməyib və prezidentlə görüş təşəbbüsündə bulunmayıb.

“Əgər müharibə uzansaydı, əlbəttə Qarabağa gedərdim, - deyib Koçaryan, - Uzun müddətə, kamerasız və selfisiz”.

Ermənistanın KTMT üzrə müttəfiqlərindən bəzilərinin davranışı barədə suala cavab verərkən Koçaryan deyib ki, bu təşkilatın bəzi üzvlərinin hərəkətləri Ermənistanın bu qurumdakı üzvlüyü ilə uzlaşmır.

“Aydındır ki, biz bu ölkələrin maraqlarını dəyişə bilmərik, amma bundan ciddi nəticələr çıxarmalıyıq – deyib Koçaryan, - KTMT-nin nə olduğunu başa düşmək lazımdır ki, ondan əvvəlcədən şişirdilmiş gözləntilərimiz olmasın”.

Robert Koçaryan bildirib ki, KTMT,özəyini Rusiyanın hərbi-siyasi maraqları təşkil edən assimmetrik qurumdur və belə bir təşkilatda üzvlük, məsələn Qazaxıstanın Türkiyə və ya Azərbaycanla münasibətlərinin üstündən xətt çəkə bilməz.

XS
SM
MD
LG