Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:13

Obama İran sazişi üçün senatorların dəstəyini təmin edib


ABŞ prezidenti Barack Obama
ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti İranla bağlanmış nüvə sazişinin Konqresdə əngəllənməsinin qarşısını almaq üçün kifayət qədər senatorun dəstəyini qazana bilib.

.

ABŞ prezidenti Barack Obama İranla bağlanmış nüvə sazişinin Konqresdə əngəllənməsinin qarşısını almaq üçün kifayət qədər senatorun dəstəyini qazana bilib.

Merilendli demokrat Barbara Mikulski İran sazişini səsvermə zamanı dəstəkləyəcəyini bildirən 34-cü senator olub.

Senator Barbara Mikulski prezidentin nigarançılığına son qoyub
Senator Barbara Mikulski prezidentin nigarançılığına son qoyub

ABŞ Konqresi hələ də sazişin əleyhinə çıxa bilər, lakin prezident hər hansı belə bir qərara veto qoymaq üçün kifayət qədər dəstəyə malik olacaq.

Prezident deyib ki, saziş İranın nüvə silahına gedən bütün cığırlarını bağlayacaq.

“Heç bir saziş kamil deyildir, ələlxüsus da İran rejimi ilə bağlanmış saziş, - deyib xanım Mikulski, - Mən belə bir qərara gəlmişəm ki, Birləşmiş Hərtərəfli Hərəkət Planı İranın nüvə silahına yolunu bloklamaq üçün ən yaxşı variantdır”.

Filibaster nədir?

Respublikaçılar bu sazişə qarşı vahid cəbhədən çıxış edirlər. Onlar bildirirlər ki, sözü gedən saziş, əksinə, İranı daha da cəsarətləndirəcək.

Dövlət katibi John Kerry isə deyib ki, “Bu sazişin faydaları onun potensial zərərlərini kölgədə buraxır”.

Demokrat senatorlar Charles Schumer və Robert Menendez İranla sazişin əleyhinə çıxırlar
Demokrat senatorlar Charles Schumer və Robert Menendez İranla sazişin əleyhinə çıxırlar

Demokratlardan iki senator sazişin əleyhinə çıxış edir. Bunlar Chuck Schumer və Robert Menendez-dir.

Konqresdə də sazişə qarşı çıxan bir neçə demokrat millət vəkili var.

Konqres saziş barədə qərarı artıq bu ay səsə qoymağa hazırlaşır, lakin Ağ Ev daha 7 dəstək səsi qazanmağa çalışır.

Bu Konqresdə “filibaster” kimi tanınan vəziyyətin yaradılmasına imkan verəcək. Belə vəziyyətlərdə müzakirələr həddindən artıq uzana və beləliklə, yekun səsvermənin qarşı alına bilər, bu isə öz növbəsində cənab Obama-nın İran sazişini qorumaq üçün veto səlahiyyətindən istifadə etməsinə ehtiyac qoymayacaq.

Obama-nın təntənəsi

Hələlik Barack Obama Konqresin İran sazişini bloklaya bilməməsi üçün minimum dəstəyə malikdir.

Odur ki, administrasiya sazişə dəstəyin möhkəmləndirilməsi üçün Konqres demokratlarının daha çox səslərini əldə etmək istiqamətində çalışacaq.

Təhlilçilər bildirirlər ki, prezident seçkisi kampaniyası İran sazişinə qarşı mübarizəni davam etdirmək üçün respublikaçılara geniş platforma verir, lakin bütün hallarda sazişin icra edilməsinin qarşısının alınması mümkün olmayacaq və o, hardasa ay işləməyə başlayacaq.

Şərhçilər bunu Barack Obama-nın böyük xarici siyasət təntənəsi hesab edirlər.

XS
SM
MD
LG