Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:27

J. Kerry: “Məsələ sentyabrda aydınlaşacaq"


J.Kerry İrana qarşı sanksiyaların necə qaldırılacağından danışır
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

"Ümid edirəm ki Konqress və Milli Şura sazişin açdığı imkanları görəcək"

.

"Təbii ki, İranla sazişə qarşı güclü müxalifət var, onlar bu sazişin təsdiqlənməməsi üçün çoxlu pul xərcləyiblər"

ABŞ dövlət katibi John Kerry İranla nüvə sazişinin imzalanmasının ardınca yaranan vəziyyət barədə iyulun 20-də “Amerikanın səsi”nə müsahibə verib. Dövlət katibi İranın razılaşmanı icra etməsi və sanksiyaların aradan qaldırılması mexanizmlərini izah edir. Həmin müsahibəni təqdim edirik:

- İcazənizlə BMT Təhlükəsizlik Şurasının bugünkü iclasından başlayardıq. Səsvermə keçirildi və İran barəsində qətnamə qəbul olundu. Bu qətnamənin qəbulu o deməkdirmi ki, İran beynəlxalq icmanın gözündə indidən sonra pis ölkə sayılmayacaq?

- Bu səsvermə o deməkdir ki, adamlar qarşıdan gələn aylarda və illərdə dəyişikliklərə ümid bəsləyirlər. Onlar sazişi, İran və 6 ölkənin Vyanada əldə etdikləri razılaşmaya dəstək verirlər.

Təbiidir ki, bu razılaşma nüvə probleminin həll olunacağına və İranın beynəlxalq icma ilə yanaşı mövqe tutacağına ümid üzərində qurulub. Lakin bu ümid səsvermə ilə, sözlərlə yox, razılaşmanın növbəti icrası mərhələsində əməllə isbat olunmalıdır.

- Siz qeyd etdiniz ki, dəyişikliklər olmalıdır. Ötən həftə razılaşma elan ediləndə, İranda adamlar küçələrə töküldülər. Onlar öz sevinclərini göstərmək istəyir, bayram edirdilər. Necə bilirsiniz, bu bir qədər tez baş vermir ki? Axı hələ ABŞ Konqresi, İranda isə Ali Milli Təhlükəsizlik Şurası və Məclis bu sazişi qəbul etməlidi…

- Yox düşünmürəm ki, adamlar öz hisslərini, saziş barədə mövqelərini ifadə etməyə tələsiblər. Bəlkə də sazişə baxmalı adamlar bunu görüb insanların nə düşündüklərini biləcəklər.

Zənnimcə bu, çox müsbət bir mesajdır. Deməzdim ki, adamlar tələsiblər. Ümid edirəm ki, Konqres də, İranın Milli Təhlükəsizlik Şurası da sazişin açdığı imkanları görəcək.

- Siz sırf nüvə məsələsini müzakirə etmisiniz. Amma iranlılar bu sazişdən iqtisadiyyatlarının, həyat tərzlərinin, gündəlik həyatlarının dəyişəcəyini gözləyirlər. Narahat deyilsinizmi ki, adamların belə yüksək gözləntiləri doğrulmaya bilər?

- Yox, düşünürəm ki, saziş keçsə və tam icra olunsa, İran xalqı həyat səviyyəsinin yaxşılaşmasını hiss edəcək. Onlar görəcəklər ki, ticarətə, kommersiyaya, investisiyalara, bütün başqa sahələrə mane olan sanksiyalar qaldırılacaq. Odur ki, saziş tam icra olunsa, çox yaxşı şeylər baş verəcək.

- Siz dediniz ki, sazişin icrası üçün bir çox mürəkkəb addımlar atılmalıdır və bu çox uzun çəkəcək. İranda bəziləri narahatdırlar ki, bunun xatirinə Birləşmiş Ştatlar İranda səhvən məhbəsə salınmış 4 amerikalı da daxil, insan haqları kimi məsələlərdə İrana qarşı sərt mövqe tutmaz…

- Biz heç vaxt həbs olunmuş amerikalılar barədə tələbimizdən geri çəkilməyəcəyik. Biz həm də insan haqlarını müdafiə edəcəyik. Diplomatiya dünyasında və xarici siyasət aləmində “bu daha mühüm məsələdir, biz başqa məsələlərlə məşğul olmayacağıq” deyə bilməzsən.

Suriyada baş verənləri, İraqda baş verənləri, Misir və Sinayda baş verənləri görməməzliyə vurmaq olmaz. Bu asan məsələlər deyil və sonunda biz bu məsələlər barəsində də bu gün əldə etdiyimiz razılaşma kimi sazişlər əldə edəcəyik. Lakin bunun uğrunda mübarizə aparmalıyıq.

- Siz bu həftə Konqresdə olacaqsınız. Orada hər iki partiayadan olan skeptiklərlə üzləşəcəksiniz. Onlar sazişə etibar etmirlər. Polemikalar üçün planınız nədir? Sazişi müdafiə etmək üçün yeni arqumentləriniz varmı?

- Mən saziş barədə həqqiqəti deyəcəyəm. Bir çoxları var ki, onlardan bəziləri sazişi oxumadan ona qarşı çıxıblar. Yəni onlar etiraf ediblər ki, sazişə qarşı çıxanda onu oxumamışdılar.

Bəziləri isə İranla ümimiyyətlə, hər hansı sazişin əleyhinədirlər. Lakin zənnimcə, adamlar burada nəyin əldə olunduğunu görə biləsələr, bununla potensial nüvə müharibəsinin qarşısının alınma imkanını, başqa müsbət işlər üçün imkanları, yeni münasibətləri görə bilsələr, bunun faydasını başa düşəcəklər.

Təbii ki, bu sazişə qarşı güclü müxalif səslər qrupu var, onlar buna qarşı çıxmaq üçün çoxlu pul xərcləyiblər. Lakin mən şadam ki, bizim 60 günümüz var. Düşünürəm ki, bu müddətdə adamlar fikirləşib başa düşəcəklər ki, bu saziş keçməsə, deməli onlar münaqişə və müharibəni seçiblər. Çünki biz bu sazişi keçirə bilməsək, onda Ayətullah deyəcək ki, “biz bu adamlarla niyə danışıq aparırdıq? Onlar bunu edə bilmədilər”.

- Siz Ayətullahın adını çəkdiniz. Şənbə günü İranın Ali Dini lideri deyib ki, biz ABŞ-la müxtəlif qlobal və regional məsələlər barədə danışıq aparmırıq. O deyib ki, “biz ikitərəfli məsələlər barədə də danışıq aparmırıq” və hətta bildirib ki, innən belə də Tehranın küçələrində “Amerikaya ölüm” şüarı eşidiləcək. Bu o deməkdirmi ki, burada Massaçussets prospektindəki səfirliyin qapısı bağlı qalacaq və yaxın vaxtlarda ABŞ-İran mədəni əlaqələri olmayacaq və heç bir Amerika şirkəti İrana getməyəcək?

- Təbiidir ki, biz bu məsələni araşdırmalıyıq. Əlbəttə, bu çox neqativ bəyanatdır. Lakin mən qlobal işlərdə nikbin adamam. Mən o adamlardanam ki, onlar iki ay, 10 ay bundan əvvəl eşidə bilməyəcklərini sonradan eşidəcəklərinə inanırlar. İndilikdə bizim diqqətimiz nüvə sazişinə yönəlib. Lakin biz dostalarımızın və ya bizim təhlükəsizliyimizə müdaxilə hiss etsək, buna cavab verəcəyik.

- Reallıqda bu saziş nə vaxt işləməyə başlayacaq? Adamlar öz həyatlarındakı real dəyişikliyi nə vaxt hiss edəcəklər?

- Konqresin 60 gün vaxtı var. Bundan sonra sentyanrın 19-dək səsvermə olacaq. Bu baş versə, həmin gündən etibarən saziş işə başlayacaq. Bundan sonra İranın və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin görməli olduğu müəyyən işlər var. Və bu işlər sanksiyaların qalxmasından əvvəl görülməlidir. Bu, hardasa, 6 ay müddətində baş verəcək.

İndidən demək çətindir. İşlərin gedişi proseslərdən asılı olacaq. Düşünmürəm ki, bu müddətdən əvvəl nəyinsə dəyişdiyi hiss olunsun. Lakin hər halda sentyabr ayı həlledici olacaq. Bu vaxt adamlar sazişin icra olunub-olunmayacağını biləcəklər.

- Buraya dava-dərman, iranlıların ABŞ-a daha rahat səfərləri də daxildirmi?

- Buraya potensial baxımdan səfər məsələsi daxildir, lakin dərhal qaldırılacaq sanskiyalar maliyyə, bank və ticarət mübadiləsi sahəsinə aiddir. İrandan ərzaq məhsullarının satışına icazə veriləcək. Fıstiq, başqa ərzaqlar, xalçalar… Lakin ilkin embarqo saxlanacaq.

XS
SM
MD
LG