Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:37

Ayətullah Khamenei: Saziş ABŞ-İran münasibətlərini dəyişməyəcək


İranın ali rəhbəri bəyan edib ki, Tehran və dünyanın 6 gücü arasında əldə olunmuş nüvə sazişi ABŞ-la İran arasındakı münasibətləri dəyişməyəcək.

İranın ali rəhbəri Ayətullah Ali Khamenei şənbə günü bəyan edib ki, Tehran və dünyanın 6 gücü arasında əldə olunmuş nüvə sazişi ABŞ-la İran arasındakı münasibətləri, habelə ölkəsinin Yaxın Şərqdə yürütdüyü xarici siyasəti dəyişməyəcək.

Ötən həftə İsveçrədə imzalanmış hərtərəfli nüvə sazişi Tehranın küçələrində “xalq bayramı”na səbəb olmuşdu.

Nüvə sazişi Tehranın küçələrində “xalq bayramı”na səbəb olub
Nüvə sazişi Tehranın küçələrində “xalq bayramı”na səbəb olub

Sadə iranlılar ümid edirlər ki, sazişin imzalanması ölkə üzərindəki ağır iqtisadi sanksiyaları qaldırmaqla əhalinin güzaranını yaxşılaşdıracaq.

Yenə də “Amrikaya ölüm”?..

Lakin ölkənin “yeganə söz sahibi” Khamenei sazişdən o qədər də ilhamlanmadığını dilə gətirib.

“Biz dəfələrlə demişik ki, ABŞ-la regional və beynəlxalq məsələlərdə danışıqlara girmirik, hətta ikitərəfli məsələlərdə də. Nüvə proqramı kimi bəzi istisnalar var və biz öz maraqlarımızın xətrinə ABŞ-la danışıqlarda olmuşuq” – deyib ali rəhbər.

Biz dəfələrlə demişik ki, ABŞ-la regional və beynəlxalq məsələlərdə danışıqlara girmirik, Nüvə proqramı kimi bəzi istisnalar var...

Tehran məsçidlərindən birində etdiyi çıxışda Ali Khamenei deyib ki, “ABŞ-ın siyasətləri İranın siyasətlərinə 180 dərəcə ziddir”.

Onun bu sözlərini izdiham “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları ilə alqışlayıb.

“Biz öz regional dostlarımıza – Fələstin xalqına, Yəmən, Suriya, İraq, Bəhreyn və Livana dəstəyimizi dayandırmayacağıq. Hətta bu sazişdən sonra da bizim lovğa Amerikaya qarşı siyasətimiz dəyişməyəcək” – deyib Khamenei.

Rouhani-nin yumşaq tonu

Ali rəhbərdən fərqli olaraq ölkənin praqmatik prezidenti Hassan Rouhani daha yumşaq tonda danışıb.

Şənbə günü Qətər hakimi ilə telefon söhbəti zamanı prezident deyib ki, nüvə sazişi İranın qonşuları ilə münasibətlərinə müsbət təsir göstərəcək.

Sazişin özünə gəlincə isə, prezident onu “siyasi, texniki və hüquqi qələbə” adlandırıb, lakin əlavə edib ki, heç bir saziş mükəmməl ola bilməz.

Ayətullah Khamenei isə İran siyasətçilərini sazişin mətnini yaxşıca saf-çürük etməyə, ölkənin maraqlarına zidd hər hansı müddəanı aşkara çıxarmağa çağırıb.

“Öz fətvamız var”

Bir sıra təhlilçilər bu qənaətdədirlər ki, nüvə danışıqlarına şəxsən xeyir-dua vermis Khameneinin şənbə çıxışı daxildəki mühafizəkarlara hesablanıb və sazişin ratifikasiyası əngəllənməyəcək.

Bizim nüvə silahını şəriətlə qadağan edən fətvamız var. Bunun nüvə danışıqlarına heç bir dəxli yoxdur

Xarici işlər naziri Mohammad Javad Zarif sənəd barədə parlamentə iyulun 21-də məlumat verəcək.

Bundan sonra sənədi Milli Təhlükəsizlik Şurası nəzərdən keçirəcək.

Xəbər verilir ki, Khamenei öz çıxışında İran danışıqçılarının fəaliyyətini yüksək qiymətləndirdiyini də söyləyib.

“Amerikalılar deyirlər ki, biz İranın nüvə silahı əldə etməsinin qarşısını almışıq, - deyib ali rəhbər, - Onlar bilirlər ki, bu düz deyil. Bizim nüvə silahını şəriətlə qadağan edən fətvamız var. Bunun nüvə danışıqlarına heç bir dəxli yoxdur”.

XS
SM
MD
LG