Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Hərf səhvi buraxan müsəlman şagird polisə verildi


İllüstrasiya
İllüstrasiya

►Valideynlər məktəbin də, polisin də üzr istəməsini tələb edir

"Guardian" qəzeti yazır ki, Britaniyada adi bir hərf səhvi 10 yaşlı müsəlman şagirdin terrorçularla əlaqədə olma şübhəsi ilə polis tərəfindən dindirilməsinə səbəb olub.

Uşaq ingilis dili dərsində inşa yazarkən “terrorist house”, yəni "terrorçu evində" yaşadığını qeyd edib. "Terraced house” əvəzinə (bir-birinə bitişik 2-3 mərtəbəli yaşayış evləri).

Müəllimlər uşağın səhv buraxdığını anlamayıblar. Onlar 2015-ci ildə qəbul olunmuş Terrorçuluğa Qarşı Təhlüləsizlik Aktının tələblərinə uyğun olaraq oğlanı polisə veriblər. Bu sənəddə deyilir ki, müəllimlər terrorçu davranışdan şübhələndikləri zaman mütləq əlaqədar qurumlara xəbər verməlidirlər.

Dekabrın 7-də polis təkcə uşağı dindirməyib, həm də onun ailəsinin evindəki noutbuku yoxlayıb.

BBC-nin verdiyi xəbərə görə uşağın ailəsi o zamandan bəri həm məktəbin, həm də polisin üzr istəməsini tələb edir.

Uşağın qohumu bildirib ki, ailə əvvəlcə bunun bir zarafat olduğunu düşünüb, amma uşağın özü bu hadisədən psixoloji travma alıb.

“Siz bunun 30 yaşında kişinin başına gələ biləcəyini təsəvvür edə bilərsiniz, daha balaca uşağın yox. Əgər müəllimin narahat olduğu bircə şey var idisə, o da uşağın yazısı olmalı idi," - deyə o BBC-yə bildirib.

Buna da bax: Enerji sektorunda kütləvi ixtisarlar

O həmçinin deyib ki, indi uşaq təxəyyülünü işə salmaqla yazmaqdan qorxur.

Sözügedən aktı tənqid edənlər iddia edirlər ki, bu sənəd müəllimləri öz normal məntiqlərini işə salmaqdan çox hansısa məsələyə lazım olandan artıq reaksiya verməyə vadar edir. Belə ki, onlar qanunu pozmaqdan qorxurlar.

XS
SM
MD
LG