Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

Dil kursundan kəsilənlər deportasiya olunacaq


İllüstrasiya. Avropaya axışan miqrantlar
İllüstrasiya. Avropaya axışan miqrantlar

-

Britaniyada dil kursundan kəsilən miqrantlara güzəşt olmayacaq.

Hətta dil kursundan kəsilən şəxsi ailəsindən ayırıb deportasiya edə bilərlər.

Test Britaniyada iki ildən çox vaxt ərzində yaşamış cütlüklərə şamil ediləcək.

David Cameron təsdiq edib ki, ingilis dili testindən kəsildikləri təqdirdə ailələr dağıla, illərlə Britaniyada yaşamış analar departasiya edilə bilər.

Jurnalistlər cənab Camerona Britaniyaya ərinə qovuşmaq üçün gələn və bu ölkədə uşaq dünyaya gətirmiş qadınların da deportasiya olunub-olunmayacağı barədə sual veriblər. O "onların qala biləcəyinə təminat yoxdur" cavabını verib.

“Əgər ingiliscəniz irəliləmirsə, ölkədə qala biləcəyinizə təminat verilə bilməz. Bu çətindir, amma ölkəmizə gələn adamların məsuliyyəti də var," deyə o bildirib.

Valideynlərindən biri Böyük Britaniyada "oturuşmuş" və bu ölkədə doğulmuş uşaqlar avtomatik olaraq Britaniya vətəndaşlığını əldə edirlər. Beləliklə onlar ataları ilə qala biləcəklər. Amma anaları qala bilməyəcək.

Britaniya vətəndaşı olaraq doğulmuş uşaqların başqa bir ölkədə yaşamaq haqqının olmasına da təminat verilmir. Başqa sözlə, bəzi hallarda deportasiya olunmuş analar Britaniyada doğulmuş uşaqlarını özləri ilə vətənlərinə apara bilməyəcəklər.

Buna da bax: “Üsyançı” müstəntiq bəyanat yayıb

Baş nazir Cameron bununla yanaşı hökumətinin miqrantlar üçün ingilis dili dərslərinə ayrılmış pulları kəsdiyini də etiraf edib. O bu siyasətə görə büdcə kəsirini günahlandırıb.

Hökumətin bu siyasətinin hədəfi müsəlman qadınlardır. Nazirlər hesab edirlər ki, onların bəziləri "təcrid olunmuş" icmalarda yaşayır və ingilis dilini öyrənmirlər.

Britaniya hökuməti iddia edir ki, 190000 müsəlman qadın ingiliscə çox pis danışır, 38000 müsəlman qadın isə ümumiyyətlə ingiliscə bilmir.

Oktyabrda işə düşəcək bu siyasət mühacirlərin Britaniyada yaşamasını çətinləşdirən hökumət tədbirlərindən biridir.

Tədbirlərdən biri də qeyri-Avropa Birliyi ölkələrindən gələrək Britaniyada yaşamaq istəyən mühacirlərin illik gəlir senzinin 20500 funtdan 35000 funta qaldırılmasıdır.

Bu isə o deməkdir ki, illik gəliri 35000 funtdan aşağı olan xarici işçilər beş il ərzində maaşlarını artıra bilməsələr ölkədən çıxarılacaqlar.

Britaniyada 35000 funt qazanan adamlar ən çox qazanancı olan 20% işçi arasındadırlar.

Rəsmilər arasında bu siyasətin ixtisaslı xarici mütəxəssislərə ehtiyacı olan bizneslərə mənfi təsir edəcəyini deyənlər də var. Məsələn, bu siyasət nəticəsində ölkədə tibb bacılarına olan tələbat ödənməyə bilər.

Hökumətə ünvanlanmış və 50000-ə qədər imza toplamış petisiya parlementdə müzakirə oluna bilər.

XS
SM
MD
LG