Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:36

Əliyev və Sarkisian növbəti görüşü iyunda elan edəcəklər


Serzh Sarkisian və İlham Əliyev Vyanada danışıqlar zamanı
Serzh Sarkisian və İlham Əliyev Vyanada danışıqlar zamanı

Vyanada keçirilmiş danışıqlara Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi John Kerry və Fransa xarici işlər naziri Jean-Marc Ayrault vasitəçilik edirdilər

Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serzh Sarkisian arasında görüş başa çatıb.

Rusiya mediası xəbər verir ki, onların üzbəüz söhbətində Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi John Kerry və Fransa xarici işlər naziri Jean-Marc Ayrault vasitəçilik edirdilər.

Sergey Lavrov danışıqlardan sonra bildirib ki, prezidentlər növbəti görüşün yeri və vaxtı barədə iyun ayında qərar qəbul edəcəklər.

O əlavə edib ki, Yerevan və Bakı atəşkəs rejiminə riayət edilməsi barədə razılığa gəliblər.

Rusiyanın xarici işlər naziri bunu da bildirib ki, ATƏT-in Minsk qrupu Qarabağda atəşkəsin pozulması hallarının araşdırılmasına kömək edəcək.

Lavrov mərhələli kompromisdən danışıb

Atəşkəs rejiminə necə əməl ediləcəyi barədə suala cavab olaraq Sergey Lavrov deyib: “Biz bu barədə razılığa gəlmişik və bu barədə yekun birgə bəyanatda da göstəriləcək: atəşin dayandırılmasına, atəşkəsə 1994 və 1995-ci illərdə razılaşdırılmış şəkildə nail olmaq”.

Sergey Lavrov
Sergey Lavrov

Rusiya mediası Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, tərəflər əldə edilmiş razılaşmaya riayət edilməsini monitorinqi, “sərhədyanı insidentlərin” araşdırılması mexanizminin tərbiqi və ATƏT-in Minsk qrupu sədrlərinin imkanlarının gücləndirilıməsi barədə razılığa gəliblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya mediasına bildirib ki, Qarabağa dair kompromis mümkündür, lakin həll mərhələli olmalıdır.

“Kompromis həmişə mümkündür, lakin ona nail olunması mərhələli olacaq. Əgər belə bir kompromis imkanı olmasaydı Rusiya Federasiyası, ABŞ və Fransa bu işlə məşğul olmağı dayandırardılar” – deyib Lavrov TASS xəbər agentliyinə.

"Tənzimləmənin birinci mərhələsinin parametrlərinin razılaşdırılması imkanları var. Bu imkanlar həmsədrlərin ümumi yanaşması axarında olan Rusiyanın vasitəçiliyi çərçivəsində formullaşdırılıb və bizim fransız və amerikan partnyorlarımızın dəstəyini alıb” – deyib Lavrov.

Vyana görüşü Əliyev və Sarkisianın Qarabağda aprel ayında baş vermiş ağır döyüşlərdən sonra ilk görüşü idi.

***

Qarabağ təmas xəttində kameralar qurmaq təklif edilib

Bundan əvvəl Associated Press agentliyi xəbər verirdi ki, ABŞ, Rusiya və Fransa - Ermənistan və Azərbaycanın liderləri üzərinə təzyiqləri artıraraq iki tərəfin tez bir zamanda danışıqlar masası arxasına gəlməsinə çalışırlar.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, John Kerry, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jean-Marc Ayrault bu məqsədlə bazar ertəsi Vyanada prezidentlər İlham Əliyev və Serzh Sarkisianın görüşünü təşkil ediblər.

AP xəbər verir ki, bu görüşdə tərəflərə təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qedə alınması və müşahidəçilərin artırılması təklif olunub.

Agentlik bildirir ki, danışıqlar məxfi xarakter daşıdığına görə rəsmilər bu məlumatı anonim şəkildə veriblər.

ABŞ rəsmiləri son toqquşmalarda ağır texnikadan istifadədən xüsusilə narahatlıq keçirdilklərini bildirirlər.

Rəsmilər bunu da vurğulayırlar ki, bu regionda Türkiyənin Azərbaycanı güclü şəkildə dəskləməsi və Ermənistanın Rusiya ilə vahid müdafiə təşkilatında olması münaqişəni potensial baxımdan daha təhlükəli edir.

"Bu həll olunan münaqişədir..."

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi AFP agentliyinə deyib ki, “Bu həll olunan münaqişədir. Bəzi elə münaqişələr var ki, onları sadəcə olaraq idarə etmək lazımdır. Amma bu münaqişə həll oluna bilər”.

ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi daha sonra AFP-yə deyib: “Burada hər iki tərəf üçün əlverişli nəticə əldə etmək olar”.

Həmin rəsmi əlavə edib ki, Suriya məsələsindən fərqli olaraq Qarabağ məsələsində Moskva və Vaşinqton arasında fikir ixtilafı yoxdur.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşür.

Federica Mogherini
Federica Mogherini

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunur.

Bu barədə mayın 16-da TASS agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Mogherini prezidentlər İlham Əliyev və Serzh Sarkisianın Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri ilə görüşü ərəfəsində müzakirələr aparır.

Minsk qrupunun amerikalı həmsədri James Warlick isə AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, yaxın saatlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.

Məlumata görə görüşdə Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri də iştirak etməlidir.

Bu məlumatı AzadlıqRadiosunun erməni xidməti yayıb.

Həmsədr bildirib ki, bu beynəlxalq aləmin münaqişə zonasındakı vəziyyətdən narahatlığını göstərir.

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə keçirilib.

Qarabağ danışıqları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılır

Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Buna da bax: Prezidentlərin Vyana görüşündən nə gözləyirsiz? - Sorğu

Prezidentlərin Vyana görüşündən nə gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

XS
SM
MD
LG