Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

Erməni mərkəzi: "Lələtəpədə 7, şimalda isə 14 hərbi mövqe itirilib"


Erməni qüvvələrinin tankları yandırılıb
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Erməni qüvvələrinin tankları yandırılıb

►Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsi isə Ermənistan parlamentinin gündəliyinə daxil edilmədi

Parlamentin mayın 16-da keçirilən iclasında "Artsax Respublikasının tanınması haqqında" qanun layihəsinin gündəliyə daxil edilməsinə yalnız "Daşnaksutyun" və "İrs" fraksiyalarından olan deputatlar səs veriblər.

*Cəbhədən yeni videolarımız olacaq - Youtube Kanalımıza abunə ol və izlə

Hakim "Respublikaçılar Partiyası", "Ermənistan Milli Konqresi" və "Orinats yerkir" partiyalarının fraksiyaları ümumiyyətlə səsvermədə iştirak etməyiblər.

Bu məsələ həmin gün parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında da gərgin müzakirələrə səbəb olub. Ancaq komissiya bu qanun layihəsi ilə bağlı müsbət rəy verməyib.

Komissiyanın yalnız bir üzvü qanun layihəsinə müsbət rəy verilməsinin leyhinə, bir deputat da əleyhinə səs verib. Komissiyanın digər üzvləri ümumiyyətlə səsvermədə iştirak etməyiblər.

Sözügedən qanun layihəsində cəmi iki maddə var: "Ermənistan Respublikası Artsax Respublikasını tanıyır" və "Bu qanun layihəsi rəsmi qaydada dərc edildikdən bir gün sonra qüvvəyə minir".

____________________________________________________________

Bunlara da bax:
Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]
Əgər Ermənistan Azərbaycanın neft infrastrukturunu vursa...

____________________________________________________________

İTKİLƏRİN ETİRAFI

Bu arada Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan "Ani" ermənişünaslıq mərkəzinin aprel eskalasiyası zamanı Erməni ordusunun Dağlıq Qarabağda itirdiyi ərazilər barədə yaydığı məlumatı şərh edib.

O deyib ki, "ümumilikdə, bu məlumat həqiqətə bir o qədər də uyğun deyil". Qeyd edilir ki, bu məlumatlarda bəzi terminlər dəqiqləşdirilməlidir.

O qeyd edib ki, müharibə vəziyyətində bu səviyyəli mövqe dəyişiklikləri barədə şərh verməyi düzgün saymır, çünki bu, əməliyyatları "ciddi təhlükə altına ala bilər".

"Ani" mərkəzinin verdiyi məlumata görə, cənub istiqamətində, Lələ Təpə yüksəkliyi ərazisində erməni tərəfi 7 hərbi mövqe itirib. Şimal istiqamətində isə "14 hərbi mövqe var ki, onlar 1-2 aprel tarixinə qədər erməni qüvvələrinin əlində olub". Mərkəz bildirir ki, sözügedən ərazilər böyük deyil.

Buna da bax: Cəbrayıl - Erməni tərəfinin yaydığı görüntülər

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

XS
SM
MD
LG