Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:21

Rafiq Tağının işi Avropa Məhkəməsində növbədədir


Rafiq Tağının qardaşı İlqar Tağı və qızı Qəmər yazıçının iş otağında
Rafiq Tağının qardaşı İlqar Tağı və qızı Qəmər yazıçının iş otağında

- Mərhum yazıçı Rafiq Tağının ad günü münasibətilə yazıçının qələm dostları və qohumları bu gün onun məzarını ziyarət edəcəklər.

Yazıçının qardaşı İlqar Tağı bu gün Oxu Zalına deyib ki, indi ümidləri yalnız Avropa Məhkəməsinədir.

Avropa Məhkəməsi hazırda Elmar Hüseynovun qətlini araşdırır.

2011-ci ildə Bakıda qətlə yetirilmiş Rafiq Tağının işinə Avropa Məhkəməsində 2005-ci ildə Bakıda qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun işindən sonra baxılacaq. Elmarın işindən sonra növbə Rafiqin olacaq.

Rafiq Tağının ailəsinin və dostlarının qətl haqda bir mövqeyi var. Bu gün yazıçının xatırlarkən həmin mövqeyi yenidən dilə gətirirlər:

“Cinayət də bəllidir, cinayətkar da, sifarişçi də. Dövlətə də bəllidir. Necə olur ki, 3 il ərzində istintaqda yenilik yoxdur?! Həkimlər məsuliyyətdən uzaqlaşdırılır... Müstəntiq bizi yola vermək üçün cavab verir, şablon protokol sözlərlə yola verirlər...”

İndi yazıçının ailəsi Avropa Məhkəməsindən cavab gözləyir.

XS
SM
MD
LG