Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Azərbaycanda dolların ucuzlaşması ehtimalına aydınlıq gətirildi


Vahid Əhmədov
Vahid Əhmədov

-

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov valyutadəyişmə məntəqələrində manat qıtlığı və manatın məzənnəsinin yenidən artması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

«Ola bilər valyutadəyişmə məntəqələrində manat qıtlığı olsun. Çünki manat banklarda yığılıb, yəqin ki, müəyyən proseslər gedir, hesablamalar aparılır. Bəlkə də banklar nəsə gözləyirlər. O da ola bilər» - V.Əhmədov Trend-ə deyib.

Manatın məzənnəsinin yenidən qalxacağı məsələsinə gəlincə isə, V.Əhmədov bu ehtimalın o qədər də yüksək olmadığını düşünür: «Mən inanmıram bu prosesə. İndi spekulyantlar nə danışırlar, nə danışmırlar, Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı rəsmi məlumat verdi və bugünkü məzənnə də odur. Yəni bu, rəsmi məzənnədir».

Deputat hesab edir ki, manatın məzənnəsinin yenidən qalxması ilə bağlı qərar yalnız dövlət səviyyəsində qəbul oluna bilər: «Ola bilər dollar ucuzlaşsın, amma bu, dövlət səviyyəsində qəbul olunan qərardan asılıdır».

Mərkəzi Bank fevralın 21-dən manatın rəsmi məzənnəsini 1 dollar üçün 1.05 manat, avro üçün 1.19 manat müəyyənləşdirib. Fevralın 20-də 1 dollar 0.78 manat idi. Manatın dollara nisbətdə məzənnəsi sutka ərzində 33.5%, avroya nisbətdə 30% düşüb.

XS
SM
MD
LG