Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Hər şey bahalaşır


Dollar 1.04 manata alınıb, 1.055 manata satılır.
Dollar 1.04 manata alınıb, 1.055 manata satılır.

-

Fevralın 22-də Bakının valyutadəyişmə məntəqələrinə müraciət edənlərin sayı çox olub. Bir çox valyutadəyişmə məntəqələrinin sahibləri dollar almadıqlarını, ancaq satdıqlarını bildiriblər.

Bəzi məntəqə sahibləri fikirləşir ki, gələn həftə dolların məzənnəsində ucuzlaşma ola bilər. Bəziləri isə belə düşünmür. «Ona görə də, ilk iş həftəsini gözləyirik» - məntəqə sahiblərindən biri AzadlıqRadiosunun müxbirinə deyib.

Valyuta məntəqələrində dollar 1.04 manata alınıb, 1.055 manata satılır. Avro 1.18 manata alınır, 1.21-1.23 manata satılır.

Məntəqələrin qarşısında ayrı-ayrı şəxslər 100 dolları 93-95 manata dəyişməyi də təklif edirdilər.

Manatın ucuzlaşmasından sonra isə bir sıra mallar bahalaşıb. Baxmayaraq ki, fevralın 21-də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımının qarşısını alacağını bildirmişdi.

ƏN ÇOX SİQARET BAHALAŞIB

Mağazalarda siqaretin qiyməti markasından asılı olaraq 0.2 - 0.6 manat artıb. Bəzi yerlərdə siqaret 2 dəfə bahalanıb.

Valyutadəyişmə məntəqələrinə müraciət edənlər çoxalıb.
Valyutadəyişmə məntəqələrinə müraciət edənlər çoxalıb.

Bakının bir çox supermarketlərində alış-veriş artıb. Kassaların qarşısında basabas yaranıb. Kassada alıcılardan biri ərzaq üçün düz 492 manat hesab ödəyib. İri supermarketlərdən birinin satıcısı AzadlıqRadiosuna bildirib ki, alıcıların çoxalmasından belə məlum olur ki, əhali kəskin bahalaşma gözləyir. İndilik ərzaq mallarında bahalaşma olmayıb. Ancaq bununla belə, satıcılar bahalaşmanın qaçılmaz olduğunu bildirir. Onlar daha çox xaricdən gətirilən mallarda bahalaşma olacağını deyir. Nisbətən kiçik marketlərin satıcıları isə deyir ki, ərzaq malları gələn həftədən bahalaşacaq.

MƏİŞƏT TEXNİKASI AZI 30 FAİZ BAHALAŞIB

İri məişət texnikası satan mağazaların hamısında qiymətlər azı 30 faiz, bəzi mallarda isə ikiqat artıb. Fevralın 21-də axşam bu dükanların çoxu satışı dayandırmışdı. Bugünkü qiymətlər isə alıcıların əlini üzündə qoyub. 299 manata olan mobil telefon 392, 700 manata olan soyuducu 1500 manata satılır. Bütün endirim kampaniyaları dayandırılıb. Satıcılar deyir ki, iki gün əvvələ qədər qızğın alver olan bu mağazalarda indi alış-veriş yoxdur.

Kassaların qarşısında basabas yaranıb.
Kassaların qarşısında basabas yaranıb.

AVİABİLETLƏR, DƏRMANLAR...

Aviabiletlərin qiyməti də kəskin artıb. Bakı-İstanbul –Bakı və Bakı-Moskva-Bakı aviareyslərinə biletlər müvafiq olaraq 260 manatdan 340 manata və 350 manatdan 470 manata qalxıb.

Həmişə şənbə və bazar günləri açıq olan bəzi apteklər bağlı olub. İri apteklərdən birinin satıcısı deyir ki, Azərbaycana əczaçılıq malları əsasən xaricdən gətirildiyi üçün dərmanların qiyməti də artacaq.

Mərkəzi Bank fevralın 21-dən manatın rəsmi məzənnəsini 1 dollar üçün 1.05 manat, avro üçün 1.19 manat müəyyənləşdirib. Fevralın 20-də 1 dollar 0.78 manat idi. Manatın dollara nisbətdə məzənnəsi sutka ərzində 33.5%, avroya nisbətdə 30% düşüb.

XS
SM
MD
LG