Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Norveçli deputat: «Siyasi həbslər narahatlıq doğurur»


Geir Joergen Bekkevold
Geir Joergen Bekkevold

-

Bakıda ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyası davam edir. İyunun 30-da qurumun Demokratiya, insan haqları və humanitar məsələlər ilə Siyasi Məsələlər və Təhlükəsizlik komitələrinin iclaslarında bir sıra qətnamə layihələri səsə qoyulub.

Norveç nümayəndəsi Geir Joergen Bekkevold 21-ci maddəyə Anar Məmmədli ilə bağlı dəyişiklik təklif edib və bu dəyişiklik səs çoxluğu ilə qəbul olunub.

- Müzakirələrdə Anar Məmmədli ilə bağlı çıxış etdiniz...

- Bəli, Anar Məmmədli Azərbaycandan olan çox etibarlı seçki müşahidəçidir. O Azərbaycanda seçkilərin azad və ədalətli keçməsi sahəsində öz işini çox gözəl görüb. Bu siyasi həbsdir və bizi çox narahat edir.

Mən də ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyası zamanı Anarın həbsi haqda danışdım. Ümid edirəm Azərbaycan hakimiyyəti Anara şans verəcək. Mən Anarın və siyasi baxışlara görə həbs edilmiş digər vətəndaşların vəziyyətindən narahatam.

- Həbsdə digər siyasi məhbusların da olduğu barədə xəbərlər var...

- Mən Anar Məmmədlini vurğuladım. Digərləri barədə də xəbərim var. Tək Azərbaycanda deyil, digər ölkələrdə də siyasi məhbuslar var. Buna görə, siyasi məhbuslar məsələsini bir daha vurğuladım.

- Anar Məmmədli ilə görüşəcəksinizmi?

- Anarla görüşmək üçün Azərbaycan hakimiyyətindən xahiş etmişəm. Onlar mənə cavab verməyiblər.

- Bəs necə olacaq?

- Ümid edirəm Anar Məmmədli həbsdən çıxacaq və mən onu həbsxanadan kənarda ziyarət edəcəm.

XS
SM
MD
LG