Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Gabriel Garcia Marquez: “Özümü yaxşı hiss edirəm”


-

Demensiya xəstəliyindən əziyyət çəkdiyi deyilən Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel Garcia Marquez sentyabrın 30-da yenidən ictimaiyyət arasında görünüb.

“Özümü yaxşı hiss edirəm, yemək də yaxşı idi” – Marquez bunu Mexiko şəhərində “Royal” Boulinq Mərkəzinin açılışında iştirak edərkən deyib.

“CNN Meksika” xəbər verir ki, açılışa həyat yoldaşı Mercedes Barcha və dostları ilə birgə gələn yazıçı yaxşı əhval ruhiyyədə olub, özünəxas zarafatından da qalmayıb.

Açılışdan az əvvəl o, mərkəzin memarı Daniel Feldmanın ailəsi ilə birgə lanç edib, ispanaqlı yeməyin dadına baxıb və bir qədəh şərab içib.

Boz kostyum və qara ayaqqabı geymiş yazıçı daha sonra masadan qalxaraq 18 zolaqlı boulinq mərkəzinin açılış lentini kəsib.

Açılışdan sonra Marquez masaya qayıdıb. Bir qız Marquez-ə yaxınlaşaraq “Polkovnikə heç kim yazmır” kitabını onun üçün imzalamasını istəyib. Amma 86 yaşlı yazıçı onun yalnız əlini sıxmaqla kifayətlənib…

O, boulinq mərkəzində cəmi 2 saat olub. Açılışdakı insanlarla ünsiyyətdən və şəkil çəkdirən sonra yazıçı evinə qayıdıb.

Marquez uzun illərdir Meksikada yaşayır.

Demensiya - ağlın zəifləməsi, əvvəllər əldə edilmiş bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji haldır.
XS
SM
MD
LG