Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:32

Marquez 86 yaşında "çox xoşbəxtəm" deyir (Ən son foto)


Mexiko - Marquez evinin qarşısında jurnalistləri salamlayır. 3 mart 2013
Mexiko - Marquez evinin qarşısında jurnalistləri salamlayır. 3 mart 2013
-

Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel García Márquez 86 yaşını qeyd edib. O, ad gününü Meksikadakı evində ailəsi və dostları ilə birgə keçirib. Böyük yazıçı 86 yaşında “çox xoşbəxt olduğunu” deyib.

Ad günü ərəfəsində Gabo üzündə təbəssüm, əynində narıncı köynək və boz kostyum, boğazında qalstuk öz evinin qarşısına çıxıb. Ona sarı qızılgüllərdən bağlanmış buket təqdim edilib (bu onun sevdiyi rəngdir).

1982-ci ilin Nobel mükafatçısı evinin qarşısına toplaşan jurnalistləri salamlayıb.

Yazıçının köməkçisi Genovevo Quiros və jurnalistlər dərhal "Happy Birthday" (Ad günün mübarək) mahnısını oxumağa başlayıblar.

Bu jestə görə jurnalistlərə təşəkkür edən Marquez dönərək evinə girib.

Yazıçı Meksikaya 1961-ci ildə gəlib. İlk olaraq orada iki həftə qalmağı planlaşdırıbmış. Amma Meksikaya elə heyran olur ki, orada yaşamağa qərar verir. Marquez məşhur “Yüz il tənhalıqda” romanını da burada yazıb.

Son illər yazıçının səhhətinin pisləşdiyi deyilirdi.

Yazıçının qardaşı Jaime Garcia Marquez bir müddət əvvəl bildirmişdi ki, Gabo demensiya xəstəliyindən əziyyət çəkir. “Tez-tez mənə zəng edərək adi məsələlərlə bağlı suallar verir. Onun yaddaşla bağlı problemləri var. Bəzən mən ağlayıram, çünki hiss edirəm ki, onu itirirəm.” Qardaşı bildirir ki, Gabo yazmağı bütünlüklə dayandırıb: “O, fiziki olaraq yaxşı vəziyyətdədir, lakin demensiyadan uzun zamandır ki, əziyyət çəkir. Onun həmişə olduğu kimi, indi də yumor hissi, sevinc və entuazmı qalmaqdadır”.

Demensiya - ağlın zəifləməsi, əvvəllər əldə edilmiş bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji haldır.

Fox news-a istinadla oxuzali.az
7 mart 2013
XS
SM
MD
LG