Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Erməni idmançılar olimpiadada 13 rəqəmini yenə adlaya bilmədilər


Böyük Britaniya - İran güləşçisi Qasem Qulamrza erməni idmançısı Artur Aleksanyan üzərində qələbə qazanır, (yunan-Roma güləşi, 96 kq.)
Böyük Britaniya - İran güləşçisi Qasem Qulamrza erməni idmançısı Artur Aleksanyan üzərində qələbə qazanır, (yunan-Roma güləşi, 96 kq.)
-

«Ermənistanın səsi» qəzeti isə London olimpiadasını “gerçəkləşməmiş ümidlər olimpiadası” adlandırır.


Olimpiadada medal almış erməni idmançılar avqustun 15-də ölkələrinə dönüblər. Onları Yerevanın “Zvartnots” hava limanında onlarla azarkeş qarşılayıb.

Arsen Culfalakyan, Artur Aleksanyan və Ripsime Xurshudyanı alqışlayan azarkeşlər əllərində Ermənistan bayraqları və təbrik posterləri tutublar.

İdmançıları qarşılayanlar arasında onların qohumları, həyat yoldaşları, nişanlıları da olub. Məsələn, bürünc medal qazanmış ağırlıqqaldıran Ripsime Xurshidyanın bu ilin sonunda toyu olmalıdır.

Xurshidyan deyir ki, medal qazanması və qəhrəman kimi qarşılanması həyatında ən xoşbəxt andır, hisslərini sözlə ifadə edə bilmir. Deyir ki, medal qazanandan sonra bunun əhəmiyyətini tam dərk etmirdi. Amma indi anlayır ki, bu, necə böyük hadisədir.

Ermənistan bir gümüş və iki bürünc medalla London olimpiadasını 60-cı yerdə başa vurub.

Ölkə olimpiadada 25 idmançı ilə təmsil olunurdu

60-cı yerə irəliləyiş də demək olar. Çünki bundan əvvəlki Pekin olimpiadasında ölkə üç bürünc medalla 80-ci olmuşdu.

«Ermənistanın səsi» qəzeti isə London olimpiadasını “gerçəkləşməmiş ümidlər olimpiadası” adlandırır.

Ən əsas da ona görə ki, ölkə qızıl medal qazana bilməyib. Ermənistan ismançıları 1996-cı ildən bəri olimpiadalarda qızıl medal qazana bilmirlər.

Nəhs rəqəmi – 13 rəqəmini bu dəfə də adlamaq mümkün olmayıb. Qəzet xatırladır ki, indiyəcən Ermənistandan 13 olimpiya çempionu çıxıb.

London olimpiadasında Azərbaycan kimi Ermənistanın da əsas ümidləri güləşçilər, ağırlıqqaldıranlar və boksçularla bağlı idi. Amma cüdo, atıcılıq və taekvondodan da medal gözlənirdi.

Qəzet yazır ki, Ermənistan komandası start ərəfəsində pis bir sürprizlə üzləşib. Olimpiada təşkilatçıları “20-ci əsrin görkəmli gimnastı”, üçqat olimpiya çempionu Albert Azaryana açılış mərasimdə komandanın bayrağını daşımağa icazə verməyiblər. Yeni qaydalara görə, bunu cari olimpiadanın iştirakçısı etməlidir.

Bundan sonra sanki komandanı bədlik basır

Böyük Britaniya - Ripsime Xurşidyan bürünc medalçıdır, London, 5 avqust
Böyük Britaniya - Ripsime Xurşidyan bürünc medalçıdır, London, 5 avqust
Azərbaycan kimi Ermənistan komandası da olimpiadaya ardıcıl məğlubiyyətlərlə başlayır.

Təcrübəli atıcı Norayr Bakhtamyan finala çıxa bilmir, cüdoçu Ovanes Davtyan bürünc medalın bir addımlığında mübarizəni dayandırır, onun komanda yoldaşı Armen Nazaryan da ilkin mərhələdə uduzur, gimnast Artur Davtyan təcrübəsinə baxmayaraq 36-cı yeri tutur, üzgüçülər Mikael Kolonyan və Anait Barseqyanı isə rəqibləri “tozda qoyurlar”.

Ermənistanın olimpiadadakı yeganə boksçusu Andranik Akopyansa azarkeşləri lap məyus edib. O, start qarşılaşmasında xal hesabı ilə öndə olsa da son 10 saniyədə nokauta salınır...

Medal qazanmaq şansı olan ağırlıqqaldıranlar isə sifariş verdikləri çəkini qaldıra bilməyib dalbadal yarışı tərk edir: Arakel Mirzoyan, Meline Daluzyan, Ara Xachatryan... Ermənistanın qızıl medal ümidi olan idmançı, 2010-cu ilin dünya çempionu Tiqran Martirosyan isə olimpiada ərəfəsində zədə almışdı.

Ağırlıqqaldıranlardan yalnız ağır çəkili Xurshidyan bürünc medal qazanıb.

Erməni güləşçiləri isə ağırlıqqaldıranlara nisbətən daha yaxşı çıxış ediblər.

Levon Culfalakyan gümüş, Artur Aleksanyan isə bürünc medal alıb.

Qəzet sonuncunun bürünc medalını xüsusi fərqləndirir, yazır ki, o, zədə alsa da, türk güləşçi ilə qarşılaşmada “ağrını unudaraq” qalib gəlməyi bacarıb.

“Ermənistanın səsi” yazır ki, əslində erməni güləşçilər daha böyük mükafatlara layiqdirlər, yəqin elə ona görə də hər iki güləşçi fəxri kürsüyə qalxanda xüsusi sevinc hissi keçirdikləri hiss olunmayıb.

XS
SM
MD
LG