Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

Azərbaycanlı olimpiyaçılar Londondan qayıtdı [Video]


Azərbaycan idmançıları London Olimpiyadasından qayıdıblar
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Azərbaycan idmançıları London Olimpiadasından qayıdıblar

«BAKIYA ÇATANDA BİLDİM Kİ OLİMPİYA ÇEMPİONUYAM»

XXX Yay Olimpiya Oyunlarının qızıl medalçısı Toğrul Əsgərov deyir ki, sevincinin həddi-hüdudu yoxdur:

«İnanın ki, mən Bakıya düşdüm, sizi gördüm, indi mənə çatdı ki, mən olimpiya çempionuyam. İnşallah, bundan da yaxşı məşqlər edib bundan da yaxşı nailiyyətlər əldə edərəm».

Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı yunan-Roma güləşçisi Rövşən Bayramov da Londondan qayıdarkən hava limanında təəssüratlarını bölüşüb.

QIZIL QAZANA BİLMƏDİYİM ÜÇÜN AĞLADIM...

«Çox sevinirəm, çünki vətənimizə medalla qayıtmışam. Bu mənim ikinci gümüş medalımdır, qızıl qazana bilmədim, mükafatlandırılanda da buna təəssüfləndiyim üçün ağladım. Çalışarıq gələn olimpiya oyunlarından qızıl medal götürək».

Azərbaycanın sərbəst güləş üzrə milli komandasının böyük məşqçisi Firdovsi Umudov deyib ki, qazanılan 10 medaldan 7-ni güləşçilərin qazanması onların ciddi məşqləri sayəsində baş tuta bilib:

«Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçilərinin qızıl medalı olmamışdı, ondan əvvəl olmuşdu. Biz çalışırdıq ki, London Olimpiadasında nəticə qazanaq, xalqımızı sevindirək. Sözün əsl mənasında, bu olimpiadada güləşçilərimiz böyük əzmkarlıq göstərdilər və Azərbaycana qızıl, gümüş, bürünc medallar qazandırdılar».

İDMANÇILAR QAYITDI

XXX London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları avqustun 15-i səhər saatlarında Bakıya qayıdıblar. Onları Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət və idman federasiyalarının nümayəndələri qarşılayıb.

Azərbaycan olimpiyaçıları Londonda 10 medal qazanıb. Medallardan 2-si qızıl, 2-si gümüş, 6-sı bürüncdür.

Sərbəst güləş üzrə Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adını qazanıblar, Xetaq Qazyumov bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov ikinci yeri tutub, Emin Əhmədov isə bürünc medal qazanıb. Qadınlar arasında güləşçi Mariya Stadnik olimpiadanın gümüş medalçısı olub, Yuliya Ratkeviç isə üçüncü yerlə kifayətlənib.

Boksçular - Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov da bürünc medal qazanıb.









































XS
SM
MD
LG