Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

İran səfirliyi qarşısında "Şairlərə azadlıq!" şüarıyla piket keçirildi


İran səfirliyi qarşısında piket
İran səfirliyi qarşısında piket
Azərbaycanın bir qrup yazarı və hüquq müdafiəçisi İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib.

Avqustun 6-da Bakıda İçərişəhər meteostansiyasından səfirliyə tərəf yürüş edən piketçilər ingilis dilində «İran, Azərbaycan şairlərini azad et» yazılmış plakat qaldırıblar.

Polis aksiyanın keçirilməsinə mane olub, plakatları cırıb.

Aksiyanın təşkilatçılarından biri RATİ-nin direktoru Emin Hüseynov AzadlıqRadiosuna bildirib ki, onlar yerli və xarici medianın diqqətini İranda saxlanan Azərbaycan şairlərinin sabahkı məhkəməsinə cəlb etmək istəyirlər.

«ŞAİRLƏR DİPLOMATİK GƏRGİNLİYİN QURBANIDIR»

Emin Hüseynovun sözlərinə görə, onlar beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq istəyirlər ki, bir müddət öncə İrana şeir festivalına gedən və orda saxlanan azərbaycanlı şairlər Fərid HüseynŞəhriyar Hacızadənin həbsi əsassızdır.

Şəhriyar Hacızadə və Fərid Hüseyn
Şəhriyar Hacızadə və Fərid Hüseyn
Aksiya iştirakçıları hesab edirlər ki, şairlər iki ölkə arasındakı diplomatik gərginliyin qurbanlarıdır və onların dərhal azadlığa buraxılmasını tələb edirlər.

Naşir Şahbaz Xudoğlu piketin qətnaməsi oxunandan sonra onu səfirliyə təqdim edib.

İyulun 28-də Təbrizdəki baş konsulluğun nümayəndəsi və ailə üzvləri ilə görüşərkən şairlər ölkəyə icazəsiz gəlməkdə ittiham olunduqlarını söyləyiblər.

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş gənc şairlər mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunublar.

Azərbaycan hökuməti və ictimai təşkilatlar dəfələrlə onların qanunsuz həbs edildiyini bildiriblər.

Xarici İşlər Nazirliyi isə şairlərin həbsi ilə əlaqədar indiyə kimi İran hökumətinə 5 nota göndərib.
XS
SM
MD
LG