Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:24

İranda həbsdə olan azərbaycanlı şairlərin məhkəməsi avqustun 7-də olacaq


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə
İranda həbs edilmiş azərbaycanlı şairlər Fərid Hüseyinlə Şəhriyar Hacızadənin məhkəməsi avqustun 7-nə təyin olunub.

“Trend”in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Elman Abdullayev İran tərəfinin bu barədə Azərbaycanın bu ölkədəki baş kosulluğuna məlumat verdiyini deyir.

Onun sözlərinə görə, iyulun 28-də şairlər Təbrizdəki baş konsulluğun nümayəndəsinin iştirakı ilə ailə üzvləri ilə görüşüblər.

Həmçinin Azərbaycanın Təbrizdəki vitse-konsulu Nəriman Orucəliyev İyulun 26-da şairlərlə görüşüb.

Şairlərin sözlərinə görə onlar ölkəyə icazəsiz gəlməkdə ittiham olunurlar.

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunublar.

Azərbaycan hökuməti və ictimai təşkilatlar dəfələrlə onların qanunsuz həbs edildiyini bildirirlər.

Azərbaycanın dövlət qurumları, yazıçı və şairlər İran hökumətinə, İrandakı həmkarlarına şairlərin azadlığa buraxılması ilə bağlı dəfələrlə müraciət ediblər.

Yazıçılar Birliyinin sədri Anar isə İranın Dini rəhbərinə müraciət etmişdi.

Xarici İşlər Nazirliyi isə şairlərin həbsi ilə əlaqədar indiyə kimi İran hökumətinə 5 nota göndərib.
XS
SM
MD
LG