Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Elmar Məmmədyarov: İranın şairlərlə görüşə şərait yaratması düzgün addımdır


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
-
«İranın azərbaycanlı şairlərin valideynləri ilə görüşünə şərait yaratması düzgün addımdır. Ancaq ilk növbədə onlara Azərbaycanın Təbrizdəki, ya da Tehrandakı konsulu ilə görüşməsinə imkan verilməlidir».

Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, şairlərin valideynləri ilə görüşünə razılıq verilməsi ilə bağlı məlumat iyulun 17-də axşam Təbrizdəki baş konsulluqdan alınıb.

Hazırda tərəflər görüşün təşkili və müddətini razılaşdırır.

Elmar Məmmədyarov bildirib ki, Vyana Konvensiyasına görə, xarici vətəndaşa saxlandıqdan sonra 24 saat ərzində öz ölkəsinin konsulu ilə görüş imkanı verilməlidir.

Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də Təbrizdə həbs olunublar.

İyulun 3-də İranın «Press TV» kanalı şairlərlə bağlı video yayıb. Videoda Azərbaycan şairlərinin casusluqda ittiham olunduğu deyilir.

XİN: İRANDA SAXLANAN ŞAİRLƏRƏ VALİDEYNLƏRİ İLƏ GÖRÜŞƏ İCAZƏ VERİLİB

Azərbaycanın Təbrizdəki Baş konsulluğunun və Tehrandakı səfirliyinin göstərdiyi səylər nəticəsində İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə olunub.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə iyulun 18-də XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

«Azərbaycanın Təbrizdəki baş konsulu bu barədə Şərqi Azərbaycan vilayətinin qubernatoru ilə razılığa gəlib», - Abdullayev deyib.

Poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə Bakıya qayıtmalı olduqları gün - mayın 2-də İranda həbs olunublar.

Onlar casusluqda ittiham edilirlər.
XS
SM
MD
LG