Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Gənclər İran səfiri ilə görüşmək istəyir


Bir qrup gənc fəal İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəharmiyə görüşmək üçün müraciət ediblər.

Müraciətdə bildirilir ki, iki aydan çoxdur azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İranda həbsdədir. Bu müddət ərzində onlar yalnız üç dəfə yaxınları ilə telefon əlaqəsi saxlayıblar.

“Biz başa düşürük ki, İran mediasında yayılan xəbərlər İranın rəsmi mövqeyi deyil. Amma İranın rəsmi dairələri də Azərbaycan vətəndaşlarının cinayət törətdiklərinə, yaxud günahsız olmalarına dair hər hansı rəsmi məlumat vermir. Biz bu olayın anlaşılmazlıq üzündən baş verdiyi qənaətindəyik və vətəndaşlarımızın taleyindən narahatıq”.

Müraciət müəllifləri bildirir ki, ölkənin siyasi-ictimai hadisələrinə biganə qalmayan gənc fəallar kimi İranda saxlanılan şairlər və son dövrdəki yaranmış gərginliyin aradan qaldırılması üçün səfirlə görüşmək istəyirlər.

Müraciəti Samir Əsədli (VHP Gənclər Təşkilatı), Tural Abbaslı (Müsavat Gənclər Təşkilatı), Əbülfəz Qurbanlı (AXCP Gənclər Komitəsi), Üzeyir Məmmədli («NİDA»Vətəndaş Hərəkatı), Ülvi Həsənli (Azad Gənclik Təşkilatı), Zaur Əkbər («Gənclər Klubu» İB), Rəhim Vəliyev («Müsbət Dəyişikliklər» Hərəkatı) imzalayıblar.
XS
SM
MD
LG