Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Yazıçı Çingiz Abdullayev İran prezidentinə müraciət hazırlayır


Çingiz Abdullayev
Çingiz Abdullayev
Yazıçı, Azərbaycan PEN klubunun rəhbəri Çingiz Abdullayev həbsdə olan gənc şairlərin azad olunması ilə bağlı İran prezidentinə müraciət hazırlayır. Bunu AzadlıqRadiosuna yazıçı özü deyib:

«Hazırda məktubu yazıram. Biz İran prezidentinə müraciət edəcəyik ki, gənc şairlər azad olunsun. Onsuz da İranın beynəlxalq aləmlə bağlı xeyli çətinlikləri var. Şairləri həbs etməklə vəziyyətin bu həddə çatdırılması başa düşülən deyil. Biz həm də istəyirik ki, şairlərin saxlanma səbəblərinə aydınlıq gətirilsin. Azərbaycanın İrandakı konsulluğuna Azərbaycan vətəndaşları olan iki şairlə görüşə şərait yaradılsın. Mən müraciəti öz adımdan hazırlayıram, əgər kimsə bu müraciətə qoşulmaq istəsə buyursun».

Çingiz Abdullayev deyir PEN klub adından edilən müraciətə dünyanın müxtəlif ölkələrindən reaksiyalar gəlib:

BİR NEÇƏ ÖLKƏ DƏ İRANA MÜRACİƏT HAZIRLAYIR

«İyulun 5-də axşam etdiyimiz müraciətimizə biz belə tezliklə cavab gələcəyinə inanmırdıq. Artıq Çexiya, Fransa, Türkiyə və Rusiya «PEN» klublarından bizə cavab veriblər, bildiriblər ki, onlar da müraciətlər hazırlayırlar».

Çingiz Abdullayev deyir ki, onlar işlərini müraciətlə yekunlaşdırmaq fikrində deyillər və İrana səfər etməyi planlaşdırılar:

«Biz bununla bağlı danışıqlar aparır, istəyərdik ki, İranda saxlanan gənclərlə görüşək. Bizim əsas tələbimiz odur ki, ilk növbədə Azərbaycanın İrandakı konsulunun onlarla görüşünə şərait yaradılsın. Biz istəyirik ki, beynəlxalq qanunlar çərçivəsində bu məsələ həll olunsun və İran da təbii ki, bu qanunlara əməl etməlidir. Əgər xarici vətəndaş həbs olunubsa bir və ya iki günə konsul onlarla görüşməlidir. Axı İran bütün beynəlxalq konvensiyalara imza atıb. Bütün dünyada belədir».

Azərbaycan yazarları Fərid HüseynŞəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də həbs olunublar. Bu müddət ərzində Bakı dəfələrlə rəsmi şəkildə onların taleyi ilə bağlı İran tərəfinə müraciət etsə də, qarşı tərəf heç bir rəsmi açıqlama verməyib. Yalnız bu yaxınlarda Azərbaycan XİN-in 4-cü notasına natamam cavab verilib və orada Azərbaycan yazarlarının «cinayətə təşəbbüsdə» ittiham olunduğu qeyd olunur. Amma «cinayət»in motivi, detalları barədə heç nə qeyd olunmayıb.
XS
SM
MD
LG