Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:30

ATƏT toplantısında Məmmədyarov-Nalbandyan görüşü olacaqmı?


Edvard Nalbandyan
Edvard Nalbandyan
“Əgər Almatı görüşü baş tutsa, ilk növbədə Azərbaycanın yenilənmiş Madrid prinsipləri əsasında danışıqları davam etdirməyə hazır olmasına aydınlıq gətirilməlidir. Bu məsələ görüşdə əsas problem olaraq qaqlır. Qalan fərziyyələrə gəldikdə isə Ermənistan xarici işlər nazirinin müavini artıq onlara cavab verib” .

Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan hər iki ölkənin xarici işlər nazirləri və həmsədrlərin Almatıda gözlənilən görüşünə münasibət bildirərkən deyib.

Nalbandyan bildirib ki, Azərbaycanın nəyi isə inkar eləməsi birinci dəfə deyil:

“Onlar Ki Vestdə tərtib edilmiş Paris prinsipləri, habelə 2007-ci ilin noyabrında təklif edilmiş Madrid prinsiplərini rədd etdilər.
Bundan başqa onlar snayperlərin çıxarılması və atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı ATƏT-in planı və güc tətbiq etməmək barədə müqavilə imzalanması ilə bağlı Ermənistanın təklifini inkar edirlər”.

Edvard Nalbandyan bunları Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü iyulun 16-17-də ATƏT ölkələri xarici işlər nazirlərinin Almatıda keçirilən toplantısı çərçivəsində baş tuta bilər.
XS
SM
MD
LG