Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müddəti müzakirə olunacaq


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Eduard Nalbandyan
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Eduard Nalbandyan
Azərbaycan tərəfi Almatıda keçiriləcək ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılığını verib.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. O bildirib ki, görüşün dəqiq tarixi məlum deyil:

«Görüş ya iyulun 16-da, yaxud da bir gün sonra keçirilə bilər. Hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşün tarixini dəqiqləşdirməklə məşğuldur».

Elmar Məmmədyarov erməni həmkarı ilə görüşündə Azərbaycan tərəfinin əsasən Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müddətinin müzakirə etmək istədiyini deyib. Dağlıq Qarabağ ətrafındakı digər işğal altında olan rayonların boşaldılması məsələsinə gəldikdə isə Elmar Məmmədyarov bildirib ki, bu proses sülh sazişi imzalandıqdan dərhal sonra başlayacaq.
XS
SM
MD
LG