Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

«Türkiyə ilə yaxınlaşma «soyqırım»ı dünyada tanıtmağı sürətləndirəcək»


Prezident Serj Sarkisyanın noyabrın 28-də rəhbərlik etdiyi Respublikaçılar Partiyasının 12-ci qurultayında çıxışı
Prezident Serj Sarkisyanın noyabrın 28-də rəhbərlik etdiyi Respublikaçılar Partiyasının 12-ci qurultayında çıxışı
«Əgər Türkiyə protokolların ratifikasiyası prosesini yubatsa, Ermənistan da beynəlxalq hüququn tələb etdiyi kimi təxirəsalınmaz cavab verəcək. Eyni zamanda bir daha təkrar edirəm ki, Ermənistan irəli sürülmüş təşəbbüsü davam etdirəcək. Mən artıq Ermənistanın Konstitusiya Məhkəməsinə müraciət etmişəm ki, onlar Ermənistan-Türkiyə protokollarının Ermənistanın Konstitusiyasına nə dərəcə uyğun olduğuna qərar versin».

Bunu Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 28-də rəhbərlik etdiyi Respublikaçılar Partiyasının 12-ci qurultayında deyib:

«İstəyirəm bütün dünya bilsin ki, Türkiyə ilə protokolların imzalanması və münasibətlərin yaranması o demək deyil ki, Ermənistan soyqırımı unudub və ya bu məsələdən geri çəkilir. Əksinə, mən əminəm ki, Türkiyə cəmiyyəti ilə yaxınlaşma və münasibətlərin qurulması soyqırımın Türkiyə və ümumiyyətlə bütün dünya tərəfindən tanınması prosesini sürətləndirəcək».

Sarkisyan bildirir ki, Türkiyə və Ermənistanın münasibətlərinin inkişafı ilə bağlı əsaslı narahatlıqlara baxmayaraq, Ermənistan bu ölkə ilə münasibət qurmaqdan qorxub geri çəkilməməlidir.

Ermənistan-Türkiyə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokollar bu ilin oktyabrın 11-də Sürixdə imzalanıb.
XS
SM
MD
LG