Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:33

Neftdən asılı iqtisadiyyatın aqibəti


Azərbaycanda ekspertlər mənfi nəticələri iqtisadiyyatın bütünlüklə nefdən asılılığına bağlayır
Azərbaycanda ekspertlər mənfi nəticələri iqtisadiyyatın bütünlüklə nefdən asılılığına bağlayır
Asiya İnkişaf Bankının sentyabrın 22-də açıqladığı hesabatında deyilir ki, dünya iqtisadi böhranının zərbəsi, Rusiya ilə ticarət dövriyyəsinin məhdudlaşması, bu ölkədəki miqrantların pul köçürmələrinin həcminin azalması, Güney Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtiadiyyatında ciddi problemlər yaradıb.

Hesabatda Ermənistan, Gürcüstan və Qazaxıstan böhrandan ən çox ziyan çəkən, iqtisadiyyatı xeyli dərəcədə qapalı olan Özbəkistan və Türkmənistan isə böhranın daha az təsir göstərdiyi ölkələr kimi xarakterizə olunur.

Ekspert hesablamalarına görə, Ermənistanda ilin sonuna qədər Ümum Daxili Məhsulun (ÜDM) həcmi 9,9 faiz enəcək. Böhrandan öncə isə bankın ekspertləri Ermənistana 0,5 faiz artım proqnozlaşdırmışdılar.

Sənədin Azərbaycanla bağlı bölümündə isə bildirilir ki, dünyada neft və qaza olan yüksək tələbata baxmayaraq, Azərbaycanda ÜDM-in proqnozlaşdırılan 8 faizlik artımı doğrulmayıb.
Azər Mehtiyev
Rəqəmlər ÜDM-in 3 faizə yaxınlaşdığını göstərir.

«NEFT SEKTORUNUN PAYI RƏSMİ ELAN OLUNAN 70 FAİZLİK HƏDDİ KEÇİB»


Azərbaycanda isə ekspertlər belə mənfi nəticələri iqtisadiyyatın bütünlüklə nefdən asılılığına bağlayır. İqtisadçı Azər Mehtiyev deyir ki, Azərbaycanda ÜDM-in istehsalında neft sektorunun payı rəsmi elan olunan 70 faizlik həddi keçib. Büdcə gəlirlərində isə daxilolmalarda neft gəlirləri 80 faiz civarına çatıb. Dünya bazarlarında neftin qiymətinin düşməsi ölkədə ÜDM istehsalına çox cidi təsir göstərib:

- Son bir neçə ildə Azərbaycan ÜDM-in artım templərinə görə, çox ciddi irəliləyişlərə nail olmuşdu. Ancaq ötən ildən başlayaraq neftin qiymətinin dünya bazarında kəskin düşməsi, ÜDM-in istehsal tempini də kəskin azaltdı. Son bir neçə ayda neftin qiymətinin proqnozlaşdırılan rəqəmlərə yaxınlaşması nisbi artıma səbəb oldu. Ancaq nə qədər ki, iqtisadiyyat neftdən asılı olacaq, Azərbaycanda dayanıqlı iqtisadiyyat yaratmaq mümkün olmayacaq.

«BÖHRAN AZƏRBAYCAN İQTİSADİYYATINA MƏNFİ TƏSİRİNİ GÖSTƏRİB»


İqtisadçı-ekspert Zöhrab İsmayıl da bildirir ki, ÜDM-lə bağlı proqnozların doğrulmamasında neft amilinin birbaşa rolu olub. Ancaq başqa səbəblər də var:

- Biz nə qədər özümüzə təsəlli versək də qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına öz mənfi təsirini göstərib. Həm istehsalatda, həm də xidmət sahələrində böhran aşkar görünüb.
Nazim Məmmədov
Xüsusən metallurgiya və tikinti sənayesində, bir sıra başqa istehsal sahələrində istehsalın həcmi azalıb. Təbii ki, bütün bunlar ÜDM-in artım tempinə öz mənfi təsirini göstərib.

«AZƏRBAYCAN QLOBAL İQTİSADİ BÖHRANDAN AZ İTKİYLƏ ÇIXIB»

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov isə deyir ki, digər ölkələrə baxanda Azərbaycan qlobal iqtisadi böhrandan az itkiylə çıxıb:

- Ötən il qeyri-neft sektorunda inkişaf 10 faizdən artıq olub. Bu da onu göstərir ki, hökumət düzgün olaraq neftdən gələn gəlirlər hesabına qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bütün bunlarla yanaşı hökumətin dəfələrlə bəyan elədiyi kimi, bir sıra köklü problemlər, o sıradan ishisarçılıqla mübarizə gücləndirilməli, sahibkarlara edilən qanunsuz təzyiqlərə son qoyulmalıdır. Bu təzyiqləri edənlər cəzalandırılmalıdır ki, ölkə iqtisadiyyatı proporsional şəkildə inkişaf etsin.
XS
SM
MD
LG