Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:25

İran hər il Azərbaycandan 5 milyard kubmetr qaz almaq istəyir


Xarici İşlər naziri Elmar Məmmədyarovun İrana növbəti səfəri zamanı bu məsələ müzakirə olunacaq
Xarici İşlər naziri Elmar Məmmədyarovun İrana növbəti səfəri zamanı bu məsələ müzakirə olunacaq
İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami belə deyir:

«Prezidentlər İlham Əliyev və Mahmud Əhmədinejadın axırıncı görüşündən sonra qəbul etdirdim ki, İran hər il Azərbaycandan 5 milyard kubmetr qaz alsın.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun İrana növbəti səfəri zamanı bu məsələ müzakirə olunacaq. Sonra isə İranın neft üzrə nümayəndəsi danışıqları Bakıda davam etdirmək üçün Azərbaycana gələcək».

Səfirin sözlərinə görə, İran çalışır ki, iki ölkənin nazirlərinin əlaqələri inkişaf etdirmək baxımından qarşılıqlı səfərləri daha da çoxalsın.

O, Tehranın viza rejimini birtərəfli qaydada aradan qaldırmasını da müxtəlif məqsədlərlə İrana gedən azərbaycanlıların mənafeyi baxımından edildiyini deyir.
XS
SM
MD
LG