Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:53

Xədicə İsmayıl: “İqtisadi bohrana görə həbsləri sayıram”


Xədicə İsmayıl
Xədicə İsmayıl

.


Həbsxanada olan jurnalist Xədicə İsmayıl ölkədə iqtisadi böhrana görə etirazlar və həbsləri narahatlıqla izlədiyini deyir. Jurnalist yanvarın 14-də saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində vəkili Yalçın İmanovla görüşündə deyib ki, böhrana görə həbslərin statistikasını aparmağa başlayıb:

“Xədicə qeyd edir ki, hələlik həbslərin statistikası belədir: bahalığa etiraz edənlər – 55 nəfər, qiyməti artırmaqda ittiham olunanlar 3 nəfər, iqtisadi böhranın əsl səbəbkarları – 0 nəfər” – deyə vəkil bildirir.

Xədicə İsmayıl vəkilə bildirib ki, ölkənin indiki durumu ilə bağlı vaxtı ilə dediyi, yazdığı fikirlərə görə, haqlı olduğu üçün əslində o qədər də məmnun deyil:

“Çünki ölkəm neft ölkəsinin çöküşü ilə bağlı dərslik materialına çevrilib”.

Jurnalist həbsxanada bir müşahidəsini də vəkillə bölüşüb: “Qaçaqmalçılıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş məhkumlardan soruşduqda ki, nəyə görə ictimai ədalətsizliyə etiraz etmirlər, amma qanunları pozub cinayət törətməkdən o qədər də çəkinmirlər, onların ümumiləşmiş cavabları təxminən belə olur: Qanunu pozmaqla birincisi pul əldə etmək olur. İkincisi isə əgər “ilişsən” həmin puldan verib canını qurtarmaq mümkündür. Amma ictimai ədalətsizliyə etiraz edəndə nə pul gəlir, nə də pul verib cəzadan qurtarmaq mümkün olmur.”

Jurnalist yüksək əhval-ruhiyyədə olduğunu, dostlara salam söylədiyini də bildirib.

Xədicə İsmayıl mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu elan edib.
Xədicə İsmayılın jurnalist araşdırmaları və həbsi ilə bağlı bütün məlumatları burada oxu.

XS
SM
MD
LG