Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar gündəmə gəlir


Chris Smith
Chris Smith

Qanun layihəsini təqdim etmiş Chris Smith deyib ki, Birləşmiş Ştatlar Azəbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz

►"Viza qadağaları ilə yanaşı maliyyə sanksiyaları da nəzərdən keçirilməlidir"

Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri Chris Smith Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktını (Azerbaijan Democracy Act of 2015) təqdim edib.

Bununla əlaqədar verilmiş bəyanatda deyilir ki, Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin və vətəndaş cəmiyyəti qruplarının səslərinin susdurulmasına yönəldilmiş və illərlə davam edən sistematik səylərinin ardınca Helsinki Komissiyasının sədri, respublikaçı Chris Smith “Azərbaycanda Demokratiya 2015” (H.R.4264) adlı qanun layihəsini təqdim edib.

Bu əlamətdar qanun Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmilərinə Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur.

ABŞ daha göz yuma bilmir

Biz ölkələrimiz arasında mühüm milli təhlükəsizlik və iqtisadi bağların mövcud olduğunu başa düşürük, lakin Birləşmiş Ştatlar Azəbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz” – deyib konqresmen Chris Smith.

O bildirib ki, Azərbaycanda jurnalistlər və fəallar mütəmadi olaraq həbs olunur və məhbus edilir, müxalif siyasətçilər həbsxanalarda saxlanır, seçkilər azad və ədalətli keçirilmir, insan haqları müdafiəçiləri qısnanır, din azadlığına hücum çəkilir.

Azərbaycanda Demokratiya Aktı” Birləşmiş Ştatların insan haqları və təməl azadlıqlara ciddi yanaşdığını nümayiş etdirir” – deyib Chris Smith.

Sanksiyalar yalnız Azərbaycan insan haqlarına hörmət edərsə qaldırıla bilər
Sanksiyalar yalnız Azərbaycan insan haqlarına hörmət edərsə qaldırıla bilər

Helsinki Komissiyası rəhbərinin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar siyasi müxalifəti və medianı repressiya edən hökumətə heç bir şəkildə güzəşt etməyəcək.

Komissiyanın açıqladığı bəyanatda bildirilir ki, ABŞ vizalarının verilməsindən imtina edilməsindənbaşqa Azərbaycan hökumətinin vəzifəli rəhbərlərinə, hakimiyyətin təhlükəsizlik və ədliyyə qollarına daxil rəsmilərə maliyyə cərimələrinin tətbiq edilməsi məsələsinə baxılmalıdır.

Sanksiyalar yalnız, Azərbaycan hökuməti, siyasi məhbusların azad edilməsində, vətəndaş cəmiyyətinin qısnanmasına son qoyulmasında, habelə azad və ədalətli seçkilərin keçirilməsindəəhəmiyyətli tərəqqi etdiyi halda qaldırıla bilər” – deyilir bəyanatda.

Cəsarətli qadın və kişilər məhbəsdəykən

Sənəddə bu da qeyd olunur ki, “təhqiqat jurnalisti Xədicə İsmayılova, vəkil İntiqam Əliyev, müxalif siyasətçi İlqar Məmmədov və fəal Anar Məmmədli kimi cəsarətli qadın və kişilərin…məhbəsə salındığı bir vaxtda Azərbaycan hökumətinin vəzifəli üzvlərinin Birləşmiş Ştatlara sərbəst səfər edə bilməsi qəbuledilməzdir”.

Jurnalist Xədicə İsmayılova məhkəmədə
Jurnalist Xədicə İsmayılova məhkəmədə

ABŞ Konqresinə təqdim olunmuş qanun layihəsinə aid ümumi məlumatda deyilir ki, Azərbaycanda artıq ikinci onillikdir, eyni siyasi partiya hakimiyyətdə qalır və bu müddət ərzində prezidentlik atadan oğula ötürülüb.

Bu da vurğulanır ki, bu illər ərzində Azərbaycanda heç bir seçki azad və ədalətli sayılacaq səviyyədə beynəlxalq standartlara uyğun keçirilməyib.

Məlumatda deyilir ki, bütün bunlara baxmayaraq son üç il bundan əvvələdək ölkədə müəyyən müxalif və müstəqil səslərin ucaldılmasına dözümlülük göstərilib, lakin hökumət bu son üç ildə jurnalistlərin, siyasətçilərin və vətəndaş cəmiyyəti qruplarının susdurulması üçün sistematik addımlar atıb.

Qanun layihəsində təqiblərlə bağlı konkret hallar, Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bir sıra beynəlxalq təşkilatların tənqidləri də əksini tapıb.

Valideyni övladdan imtinaya məcbur edənlər

Qeyd olunur ki, Azərbaycan hökuməti bu fəaliyyətini bir neçə vasitələrlə həyata keçirib.

Hökumət 2014-cü ildə qrantlar, hüquqi şəxslərin qeydiyyatı barədə qanunlara dəyişikliklər etməklə, bir çoxu ABŞ tərəfindən maliyyələşdirilən yerli və xarici təşkilatların işinə əhəmiyyətli əngəl törədib.

Bu da bildirilir ki, 2013-cü ildən bəri Azərbaycanda bir çox müstəqil jurnalistlər, insan haqları müdafiəçiləri həbs və məhkum edilib.

Qanun layihəsinə İlqar Məmmədovun da adı daxil edilib
Qanun layihəsinə İlqar Məmmədovun da adı daxil edilib

Xüsusilə vurğulanır ki, 80-dək adın daxili olduğu siyasi məhbus siyahısının hazırlanmasında iştirak edən şəxsin özü – Leyla Yunus da həbs olunub.

Məlumatda deyilir ki, Azərbaycanda azad fikir, bir çox hallarda hökumət rəsmilərinin ittihamedici bəyanatları ilə təhdid olunur. Siyasi məhbusların ailə üzvləri də təhdid və təqiblərə məruz qalır və işlərini itirirlər. Onlar özlərini qorumaq üçün övladlarından, oğul və qızlarından imtina etməyə məcbur edilirlər.

Sənəddə bildirilir ki, bəzən təqiblər fiziki zorakılıq şəklini alır və insanların ölümləri ilə nəticələnir.

Qanunun məlumat hissəsində habelə deyilir ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərini susdurmaq məqsədilə ədliyyənin, ictimai təhlükəsizlik sektorunun və seçki prosesinin tam gücündən istifadə edir.

Qanun ailə üzvlərinə də aiddir

Bu da deyilir ki, Azərbaycanda demokratiya, insan haqları və vətəndaş cəmiyyəti üzvlərinə qarşı misilsiz hücuma cavab olan bu qanun Belarusda Demokratiya Aktı qanununun modelində hazırlanıb.

Sənəddə deyilir ki, qanun Azərbaycan hökumətinin ali rəhbərliyinə daxil rəsmilərə və onların bilavasitə ailə üzvü olanlara, rəhbərlik və onların ailə üzvləri ilə biznes əlaqələrindən əhəmiyyətli mənfəət əldə edən şəxslərə ABŞ vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur. Bu qanunun ədliyyə və təhlükəsizlik rəsmilərinə də şamil ediləcəyi bildirilir.

Bu da qeyd olunur ki, bu qanundan istisnalar ABŞ-a yalnız ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə aid iclaslarında iştirak edənlərə aid edilə bilər.

Məlumat əlavəsində deyilir ki, qanunda Azərbaycana ABŞ tərəfindən sponsorluq edilən proqramlar vasitəsilə maliyyənin, kredit və sığortanın verilməsinin qadağan edilməsi, Azərbaycan rəhbərlərinin və onların ailə üzvlərinin ABŞ-dakı mülkiyyət və başqa aktivlərinin bloklanması nəzərdə tutulur.

Qanun layihəsində həmçinin Azərbaycanla eyni beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrin də rəsmi Bakıya qarşı bu qanundakına bənzər tədbirləri görməsi tövsiyə edilir.

XS
SM
MD
LG