Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:28

“Türkiyə səfirliyinin önündə yenə uzun “quyruqlar” olacaq”


Türkiyənin baş naziri Ahmet Davutoglu və Azərbaycan prezidenti İlham Əliyev, 2015
Türkiyənin baş naziri Ahmet Davutoglu və Azərbaycan prezidenti İlham Əliyev, 2015

►Təhlilçi Elxan Şahinoğlu Azərbaycanın Türkiyə ilə viza rejimini götürməsini təklif edir

Türkiyə 89 ölkə ilə həyata keçirdiyi viza razılaşmasını ləğv edə bilər. Türkiyənin “Milliyyət” qəzeti yazır ki, iyunda həmin ölkələrlə razılaşdırılmış viza qaydalarına yenidən baxılacaq.

Avropa Birliyi ilə razılaşma çərçivəsində Türkiyə vətəndaşlarının Şengen bölgələrinə vizasız gediş-gəliş proseslərini sürətləndirmək qərarı verilib. AB-nin qapılarının Türkiyənin üzünə açması üçün şərtlərdən biri də Ankaranın 89 ölkə ilə viza rejiminə yenidən baxmasıdır.

Son illərdə həm turizmi, həm də ticarət əlaqələrini canlandırmaqdan ötrü Türkiyə Yaxın Şərq, türk dövlətləri, keçmiş sovet respublikaları ilə viza rejimini qaldırmışdı. Həmin ölkələrdən biri də Azərbaycan idi. Qısa müddətə (1 aylıq) qonşu ölkəyə gedən azərbaycanlılara yalnız bilet almaq lazım idi.

İndi Türkiyənin viza rejimini tətbiq edəcəyi gözlənən ölkələr arasında Azərbaycanın da adı çəkilir.

“Türkiyə məcbur qalacaq ki, Avropa Birliyinin tələbini yerinə yetirsin”

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, əgər Azərbaycan da vaxtında Türkiyəyə qarşı viza rejimini aradan qaldırsaydı, indi bu məsələ o qədər aktual olmazdı:

“Düzdür, inanmıram ki, Türkiyə-Avropa Birliyi arasında əldə edilən saziş belə tezliklə icra edilsin. Amma tələb olsa, Türkiyə buna gedəcək. Əgər Azərbaycan vaxtında Türkiyə vətəndaşlarına viza rejimini ləğv etsəydi, bu məsələdə Azərbaycan istisna ola bilərdi. Avropa Birliyinin tələbi qarşısında artıq Türkiyə hakimiyyətinin əlində arqument olacaq ki, onsuz da Azərbaycan da onun vətəndaşlarına viza tətbiq edir”.

Gözlə

No media source currently available

0:00 0:01:01 0:00
Direct-ə keçid

“Turist və ticarət əlaqələrinə zərbə olacaq”

Ekspert hesab edir ki, viza rejiminin bərpası turist və ticarət əlaqələrinə təsir edəcək. O ümid eləyir ki, Türkiyə, ən yaxşı halda, Azərbaycan vətəndaşlarının pasportuna hava limanlarında viza vuracaq:

“Əksi olsa, biz əvvəlki illərdəki kimi, Türkiyənin Azərbaycanın səfirliyində böyük “quyruqlar” görəcəyik. Viza alan zaman növbələrdə dayanmalıyıq, açıqlama verməliyik ki, niyə gedirik, nə müddətə gedirik, prosedurlar mürəkkəbləşəcək”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Elxan Şahinoğlu deyir, azərbaycanlılar üçün Türkiyə vacib ölkədir:

“Azərbaycanlılar Türkiyəyə gəzməyə, alış-verişə, həkimə, iş dalınca gedirlər. Adətən, bu kateqoriyaya mənsub insanlar Türkiyədə bir aydan artıq qalmırlar və bunun üçün viza lazım deyil. İndi viza rejiminin tətbiqi həm maliyyə, həm də vaxt itkisidir. Viza üçün müəyyən sənədlər tətbiq etməyə ehtiyac yaranacaq”.

Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

O vurğulayır ki, Gürcüstan Türkiyənin strateji müttəfiqi olmadığı halda iki ölkə vətəndaşları bir-birinə, sadəcə, şəxsiyyət vəsiqəsi ilə gedə bilirlər. Elxan Şahinoğlu deyir ki, bəlkə də Azərbaycanı viza rejimindən xilas etməkdən ötrü rəsmi Bakının Türkiyəyə qarşı viza rejimində dəyişiklik etməsinə fürsət yaranıb.

Türkiyənin Turizm Nazirliyinin məlumatına görə, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan qonşu ölkəyə bir milyona yaxın adam gedib.

Buna da bax:

Sizcə, Azərbaycan xanımını nə xoşbəxt edər?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

XS
SM
MD
LG