Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:35

Türkiyə müxalifəti yeni media qanununu ləğv etdirmək istəyir


Kemal Kılıçdaroğlu
Kemal Kılıçdaroğlu

Türkiyənin ana müxalifət partiyası – CHP ölkənin yeni media qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Bu qanun başqa məhdudiyyətlərlə yanaşı “dezinformasiyanın” yayılmasına görə həbsxana cəzaları nəzərdə tutur.

Tarixi görüntülər - Müstəqillik Aktı belə qəbul edildi
Gözlə

No media source currently available

0:00 0:16:13 0:00

Reuters agentliyi yazır ki, müxalifət qanunu “misli görünməmiş senzura” adlandırıb.

Prezident Recep Tayyip Ərdoğanın hakim AKP partiyası tərəfindən təklif olunmuş bu qanun parlamentdə ötən həftə qəbul olunub.

Respublika Xalq Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğlu öz partiyasından olan millət vəkillərinə deyib ki, CHP oktyabrın 18-də məhkəmədən yeni media qanununun ən mürtəce 29-cu maddəsinin tətbiqinin dərhal qadağan olunmasını xahiş edib.

“Yayğın təfsir”

Bu maddə “dezinformasiyaların” yayılmasına görə həbsxana cəzaları nəzərdə tutur.

Partiya bundan sonra bütün qanunun ləğv olunması üçün müraciət edəcəyini bildirir.

Hökumət bildirir ki, yeni qanun internetdə dərc olunan materialların tənzimlənməsi və ölkəni dezinformasiyalardan müdafiə etmək üçün lazımdır.

Müstəqillik Aktının müəlliflərindən biri danışır
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

İnsan haqları qrupları və Türkiyənin Qərb müttəfiqləri bildirirlər ki, qanundakı “saxta və ya yalan məlumat” müddəasının “yayğın təfsiri” məhkəmələr tərəfindən müxtəlif cür yozula və hökumətin tənqidçilərinə qarşı istifadə oluna bilər.

AKP tənqidləri rədd edir və bildirir ki, senzuranın əleyhinədir və yalnız dezinformasiyaya qarşı mübarizə aparmaq istəyir.

XS
SM
MD
LG