Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Berlində yaşayan fəalın ailəsi polisə çağrılıb


Tural Sadıqlı
Tural Sadıqlı

Almaniyada yaşayan mühacir Tural Sadıqlının ailəsinin Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağrıldığı bildirilir.

Bu barədə Tural Sadıqlının özü məlumat yayıb.

Gənc fəalın bildirməsinə görə, görünür, yanvarın 18-i Berlində Azərbaycan səfirliyi önündə keçirilən aksiya hakimiyyətin qəzəbinə səbəb olub: «Yanvarın 25-i Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə inspektoru bir neçə polis əməkdaşı ilə birgə Ramana qəsəbəsində valideynlərimin və qardaşımın ailəsinin yaşadığı evə gedib. Atam Əlövsət Sadıqlının, anam Mətanət Almammədovanın və qardaşım Elgiz Sadıqovun polis idarəsinə getməli olduqlarını, rəis Eldar İlyasovun onlarla görüşmək istədiyini deyib».

Berlindəki Azərbaycan səfirliyinin önündə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

T.Sadıqlı bildirir ki, atası hazırda şəhərdən kənardadır, nənəsinin vəfatı ilə bağlı rayona gedib.

T.Sadıqlının atası Əlövsət Sadıqlı özü də bu barədə Facebook-da münasibət bildirib. O, ailəliklə polisə çağrılmalarını xeyir əlamət saymır. «Yəqin ki, yuxarıdan yeni sifariş gəlib. Sifariş əsasında ya polisə müqavimət, ya narkotik, ya silah, ya kiməsə xəsarət yetirmə, ya da istənilən başqa bir cinayət maddəsinə «qonaq edilmək» üçün çağrılırıq»,- deyə o yazıb.

Məsələyə, hələlik, Sabunçu Rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Yanvarın 18-də Avropada yaşayan azərbaycanlılar Berlindəki Azərbaycan səfirliyinin önündə etiraz aksiyası keçirib. Onlar son illər ölkədə müstəqil və müxalif fikirli insanlara təzyiqlər olduğunu, qanunsuz həbslər aparıldığını bildirərək, buna son qoyulmasını tələb ediblər.

XS
SM
MD
LG