Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:35

'Trump heç vaxt müsəlmanları ayrıca qeydiyyata almağa çağırmayıb'


Amerika müsəlmanlarından biri
Amerika müsəlmanlarından biri

Donald Trump-ın keçid komandasının sözçüsü iddia edir ki, o, “heç zaman" insanların dini inancına əsasən qeydə alınmasını "təbliğ etməyib". Halbuki, ABŞ-ın yeni seçilmiş prezidentinin məhz belə dediyini göstərən videogörüntülər var.

“YANLIŞDIR”

Trump-ın keçid komandasının kommunikasiya direktoru Jason Miller ötən gün yeni administrasiyanın ABŞ-a gələn müsəlmanların qeydiyyatı barədə düşünməsinə dair xəbərlərə cavab açıqlaması yayıb. Açıqlamada deyilir:

"Yeni seçilmiş prezident Trump heç zaman insanları dini inancları əsasında izləyən hər hansı bir qeydiyyatı, yaxud sistemi təbliğ etməyib və bunun əksini bildirmək tamamilə yanlışdır.

Terror fəaliyyətinin yüksək olduğu ölkələrdən gələn xarici ziyarətçilərin qeydiyyatı Bush və Obama administrasiyaları dövründə də olub. O, kəşfiyyat və hüquq mühafizə qurumlarının ölkəmizin təhlükəsizliyini qorumasına kömək edib. Ancaq yeni seçilmiş prezident and içdikdən sonra özünün yoxlama üsullarını təqdim etməyi planlaşdırır”.

Buna da bax:​ Trump 100 günə bunları gerçəkləşdirməyə söz verib

Ancaq cənab Miller-in açıqlaması 2015-ci ilin noyabrında Ayova ştatının Nyuton şəhərində kampaniya tədbiri zamanı çəkilmiş videoda deyilənlərə tamamilə ziddir.

“ƏLBƏTTƏ, BUNU TƏTBİQ EDƏRDİM”

Videoda "NBC News" kanalının reportyorunun müsəlmanların məlumat bazasını yaradıb-yaratmayacağı barədə sualına Trump belə cavab verir: “Əlbəttə, mən bunu tətbiq edərdim. Əlbəttə".

Jurnalist soruşur ki, müsəlmanlar qanunla bu məlumat bazasında qeydiyyatdan keçməli olacaqlarmı. Trump cavab verir: “Onlar bunu etməlidirlər". Daha sonra o deyir: “Məlumat bazalarından başqa da çoxlu sistemlər olmalıdır. Bizim çoxlu sistemlərimiz olmalıdır".

Buna da bax: "Bura Amerikadır, hicabı çıxart!" - deyəni indi cəza gözləyir

Bu videoklip o zaman çox yayılmış, Amerika İslam Münasibətləri Şurası (CAIR), habelə Trump-ın siyasi rəqibləri, o cümlədən Jeb Bush və Hillary Clinton tərəfindən qınanmışdı.

Videoda daha sonra jurnalist Trump-dan müsəlmanların qeydiyyatı ilə nasist Almaniyasında yəhudilərin qeydiyyatı arasındakı fərqi soruşur. “Fərqi sən de", – deyə Trump cavab verir.

Jurnalist yenidən soruşur. Trump yenə cavab verir: "Bəlkə fərqi sən deyəsən?"

Buna da bax:​ Amerikadakı azərbaycanlı qanunsuz mühacirlərin axırı necə olacaq?

MÜŞAVİRLƏRİ QEYDİYYATDAN DANIŞIR

Trump-ın bu hərəkətinin sarkazm olduğunu, yaxud onun doğrudan da suala cavab verə bilmədiyini söyləmək çətindir. Onun təmsilçiləri məsələyə dərhal aydınlıq gətirməyiblər.

Yeni prezidentin keçid komandasının müşaviri, antiimmiqrasiya siyasətinin qatı tərəfdarı Kris Kobach bu həftə bildirib ki, Trump-ın müşavirləri müsəlman mühacirlərin qeydiyyatını tətbiq etmək barədə düşünürlər.

Buna da bax:​ FTB: 'Müsəlmanlar əleyhinə nifrət cinayətləri 67 faiz artıb'

"Xalq Amerika Yolu Naminə" təzyiq qrupunun prezidenti Michael Keegansa deyib: “İkinci Dünya müharibəsi dövründə yapon mənşəli amerikalıların həbsi dövlətimizin tarixində çirkin bir ləkədir. Bütün səviyyələrdə təmsil olunan respublikaçılar, bizim müsəlmanları, yaxud hər hansı başqa azlığı hədəfə almaqla bu səhvi təkrarlayacağımızı müjdələyən hər hansı hərəkəti qınamağa tələsməlidirlər. ...Donald Trump-ın kampaniya zamanı müsəlmanları qeydə almağa söz verməsi qeyri-konstitusion və qeyri-amerikan hərəkətdir".

Buna da bax:

Trump:"Mən bütün amerikalıların prezidenti olacam"
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

XS
SM
MD
LG