Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:10

Azərbaycan-Ermənistan gərginliyinin arxasında nə var? - Qərb eksperti


Tomas de Vaal qeyd edir ki, sentyabrın ortalarında iki ölkə arasında baş vermiş toqquşmalar 44 günlük müharibədən bəri ən pis zorakılıq olub

Tanınmış Britaniya jurnalisti və politoloqu, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaalın Carnegie Europe saytında dərc olunmuş məqaləsi Azərbaycan və Ermənistan arasında yaranmış son gərginliyə həsr olunub.

Müəllif qeyd edir ki, Azərbaycanın Ermənistandakı hərbi əməliyyatları tənzimləmə imkanlarına ciddi zərbə vurub və hazırda Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar yeganə çıxış yolu kimi görünür.

Tomas de Vaal qeyd edir ki, sentyabrın ortalarında iki ölkə arasında baş vermiş toqquşmalar 44 günlük müharibədən bəri ən pis zorakılıq olub.

Politoloq diqqəti belə bir məqama çəkir ki, Azərbaycan və Ermənistan arasında hərbi toqquşma Avropa İttifaqının vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə aparılan danışıqların dördüncü raundundan iki həftə sonra baş verib.

Müəllifin firkincə bu danışıqlarda ciddi irəliləyiş əldə olunmuşdu.

Rusiyanın Ukraynadakı uğursuzluğu ilə eyni vaxtda

De Vaal diqqəti həm də buna çəkir ki, Azərbaycan-Ermənistan toqquşması Rusiyanın Ukraynanın Xarkov vilayətində “hərbi rüsvayçılığı” ilə eyni vaxta düşüb.

Məqalədə deyilir ki, 2020-ci ilin müharibəsində inamlı qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyev danışıqların və zorun məcmusu olan “məcburetmə diplomatiyası” yürüdür.

De Vaal yazır ki, 2020-ci il müharibəsində heç də bütün məqsədlərinə nail ola bilməyən Əliyevin yeni məqsədləri var.

Müəllifin fikrincə, birinci məqsəd Ermənistanın sülh müqaviləsi imzalanmasına məcbur edilməsidir. İkinci məqsəd isə Azərbaycan-Ermənistan sərhədinin “Azərbaycana sərf edən” demarkasiyasıdır. Üçüncü məqsəd Ermənistanın ərazisindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır.

Ermənistan dronlara qarşı yeni imkanları nəzərdən keçirir
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

Tərəflər ciddi razılaşmalar əldə etmişdilər

De Vaalın fikrincə Azərbaycan-Ermənistan toqquşması, belə görünür, Ermənistanın əleyhinə yönəldiyi qədər, həm də Rusiyanın əleyhinə yönəlib. Beləki Rusiya həm ikitərəfli müqavilələrə görə, həm də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi onu müdafiə etməli idi.

Müəllif xatırladır ki, hazırda Rusiyanın Ukrayna müharibəsindəki vəziyyəti o qədər də ümidverici deyil və Azərbaycan, sanki belə bir şəraitdə KTMT-nin yalnız kağız üzərində bir təşkilat olduğunu isbat etmək niyyətindədir.

Məqalədə deyilir ki, bütün bu il ərzində Ermənistan və Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar aparıblar.

De Vaal qeyd edir ki, bu, bəzi şərhçilərin dediyi kimi “tamaşa” danışıqlar və ya vaxt itkisi deyildi və tərəflər arasında ciddi razılaşmalar əldə olunmuşdu. İki tərəf kommunikasiyaların açılmasına, dövlətlərarası müqavilənin mətninə, Qarabağ ermənilərinin hüquqlarının təmin olunmasına dair razılığa gəlmişdilər.

Politoloqun fikrincə bütün bunlara Rusiyanın tutduğu mövqe son qoyub.

BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Moskvanın iddia edilən planı

O yazır ki, Rusiya, ona vasitəçi kimi etibar olmasa da, böyük maraqları olan vasitəçi kimi qalır.

Bəzi məlumatlara görə Moskva hətta sülh müqaviləsinin layihəsini də təqdim edib. Burada Qarabağın statusu məsələsi qeyri-müəyyən müddətə təxirə salınır.

De Vaalın fikrincə ermənilərə bu plan avropalıların təklifindən daha xoş gəlir.

O yazır ki, eyni zamanda ABŞ-ın ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməsi, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevana səfəri Ermənistanı ümidləndirib.

Tomas de Vaal yazır ki, Avropa İttifaqının bu məsələdəki mövqeyi də birmənalı deyil. Məsələn Azərbaycana qaz müqaviləsi imzalamaq üçün gəlmiş Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Bakı səfəri zamanı bir dəfə də olsun “sülh” və ya “münaqişə” sözlərini işlətməyib.

İlham Əliev bu dəfə ifrata varıb

Müəllifin fikrincə niyyətlərindən asılı olmayaraq İlham Əliyev bu dəfə ifrata varıb və bununla da həm Azərbaycan, həm də Türkiyə ilə danışıqlara tərəfdar olan Nikol Paşinyanın Ermənistanın daxilindəki mövqeyinə ziyan vurub.

De Vaal yazır ki, bu hərəkət ilk dəfə olaraq Azərbaycanın özündə də, hətta 2020-ci il müharibəsini dəstəkləyənlərin arasında da ixtilaf yaradıb.

Sülh tərəfdarı olan fəala 30 sutkalıq həbs cəzası verilib. Bir tanınmış müstəqil ekspert isə Əliyevi “maksimalist” adlandırıb və onu Ermənistanıla tarixi sülh imkanını əldən buraxmaqda ittiham edib.

De Vaal yazır ki, həm Ermənistan, həm də Azərbaycanda həlak olan əsəgrlərin yas mərasimlərinin ardınca liderlər yenidən danışıqlara qayıtmaq üçün cəhd göstərəcəkləır.

Politoloqun fikrincə yaranmış vəziyyətdə Şarl Mişelin vasitəçilik etdiyi danışıqlar yeganə real imkandır, amma bu təşəbbüsə Avropa Komissiyasından, Avropa İttifaqı ölkələrindən, Birləşmiş Ştatlardan daha güclü dəstək lazımdır.

Məqalədə deyilir ki, əgər bu imkan əldən çıxsa iki alternativ qalacaq. Bunun biri vasitəçilyin Moskvanın ixtiyarına qayıtmasdır. Digər alternativ isə daha pisdir. Bu o deməkdir ki, tərəflər növbəti müharibəyə hazır olmalıdırlar.

XS
SM
MD
LG