Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Paşinyan Əliyevə: 'Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki...'


Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyan bu dəfə Qarabağın öz müqəddəratını təyin etməsindən danışmayıb.

Sentyabrın 22-də ABŞ-ın Dövlət katibi Entoni Blinken BMT Baş Assambleyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Paşinyan görüşdə “Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı genişmiqyaslı təcavüzünə toxunub, baş verənlərlə bağlı ABŞ-ın səsləndirdiyi dəqiq mövqelərin və dəyərləndirmənin vacibliyini vurğulayıb”.

Paşinyan Blinkenin danışıqlar prosesi və dialoqun dəstəklənməsində şəxsi səylərini yüksək qiymətləndirib.

Məlumatda deyilir ki, Blinken ABŞ-ın danışıqlar və sülh prosesində səylərini davam etdirməyə hazır olduğunu deyib, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və uzunmüdətli tənzimlənməsinin vacibliyini qeyd edib. Dövlət katibi Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakıyla üçtərəfli görüşün vacibliyini qeyd edib, yaxın gələcəkdə dialoqun davam edəcəyinə ümidini bildirib.

Polis maşını yandırıldı: İranda etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Sərhəddə son toqquşmalardan sonra Blinken Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində onu qoşunları çıxarmağa çağırmışdı.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi isə sentyabrın 17-də Ermənistana səfəriz amanı edərək son sərhəd toqquşmasında Azərbaycanı ittiham edib:

“Ermənistan bizim üçün vacibdir və Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını, Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik”.

Ermənistanda orduya yardım kimi ərzaq, təkər və çəkic yığırlar
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Baydenin məkubu

ABŞ erməni xalqının demokratik cəhdlərini, suverenlik və təhlükəsizliyini bundan sonra da dəstəkləyəcək. Bunu isə Prezident Co Bayden Ermənistanın Müstəqillik günü münasibətilə Baş nazir Nikol Paşinyana təbrik məktubunda yazıb.

“Biz əvvəlki kimi münaqişənin həm də Dağlıq Qarabağ xalqı üçün sülh yoluyla tənzimlənməsindən ötrü sizinlə və digər tərəflərlə işləməyə sadiqik”, – müraciətdə deyilir.

Bayden qeyd edir ki, “son döyüş əməliyyatları, Ermənistanın çiçəklənən və dinc gələcəyə, o cümlədən qonşuları ilə əlaqələrin normallaşmasına güvənməsindən ötrü diplomatiyanı gücləndirməyimizin vacibliyini göstərir”, – Bayden bildirib.

+++

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasında çıxışında xəbərdarlıq edib ki, Azərbaycandan Ermənistana yeni təcavüz təhdidi azalmayıb. O, beynəlxalq ictimaiyyəti məqsədyönlü və hərtərəfli dəstək göstərməyə çağırıb.

BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Baş nazirin sualı

Paşinyan 20 dəqiqəlik çıxışında əsasən Ermənistanın Azərbaycanla münasibətlərindən danışıb. O, rəsmi Bakının Ermənistanda yeni ərazilər ələ keçirmək niyyətində olduğunu iddia edib.

“Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız? Bunu niyə soruşuram? Çünki aydın ola bilər ki, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız Ermənistanın yarısı, yaxud ondan da azı Ermənistan Respublikasıdır”, – Paşinyan deyib.

Azərbaycan Prezidenti İlham Əliyev isə sentyabrın 21-də Laçın şəhərində çıxışında Ermənistanın təcavüz ittihamlarını rədd edib. O, sərhəddə son toqquşmalardan danışarkən deyib ki, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz. Prezident Azərbaycanın müzakirələrə hazır olduğunu, ikitərəfli delimitasiya komissiyalarının işinə məsuliyyətlə yanaşdığını vurğulayıb.

Prezident bütün xəritələrin toplandığını da deyirdi: “Bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir”.

Sülh sazişi imzalanmasa...

Sülh sazişindən danışan Paşinyan isə bir daha qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Ancaq bir şərtlə ki, Bakı da Ermənistanı beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində tanısın. Paşinyan bir neçə gün öncə Ermənistan parlamentində oxşar bəyanat səsləndirmişdi.

“Əgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünü nəzəri deyil, praktik tanısa, – 29 min 800 kvadrat kilometrlik beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzü nəzərdə tuturam, – bu o deməkdir ki, sülh sazişini imzalaya bilərik”, – o deyib.

Baş nazir belə bir saziş imzalanmayacağı halda baş verə biləcəkləri təsvir edib, nəticələrin Ermənistan üçün ağır olacağını deyib.

“Əks halda bizdə sülh sazişinin xəyalı olacaq, bundan sonra Azərbaycan, Ermənistana yeni ərazi iddiaları irəli sürmək və işğalı tamamlamaq üçün sərhədlərin delimitasiyası prosesi ilə manipulyasiya edəcək”, – Paşinyan söyləyib.

Azərbaycanın sülh sazişi üçün Ermənistana təqdim etdiyi beş prinsipdən biri iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutur. Ermənistan rəsmilərinin sözlərinə görə, danışıqlarda əsas əngəl Qarabağ məsələsidir. Azərbaycan Qarabağı özünün daxili məsələsi sayır, sülh sazişinə salınmasına qarşı çıxır.

Hüquq müdafiəçisi: "Hökumət itkilərin miqyasını gizlətməyə çalışır"
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Regional qurumlar

Paşinyan çıxışında təkcə Azərbaycanı deyil, onun müttəfiqlərini də tənqid edib, amma ad çəkməyib. Onun sözlərinə görə, regional təhlükəsizlik təşkilatları gərəkən reaksiyanı vermədiyi üçün vəziyyət kəskinləşə bilər.

“Bu vəziyyət erməni cəmiyyətində çoxsaylı suallar yaratdı”, – Baş nazir deyib.

Ermənistan son toqquşmalardan sonra Rusiyanın başçılıq etdiyi KTMT-yə yardım üçün müraciət etdi, ancaq qurum yalnız sərhədə missiya göndərməklə kifayətləndi. Bundan sonra Ermənistanda KTMT-dən çıxmaq tələbiylə etirazlar keçirildi.

Tofiq Yaqublu 'vətən xaini' kimi damğalanmasına münasibət bildirir
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Ötən ilin may toqquşmalarından sonra...

Sərhəddə ötən ilin mayında da toqquşmalar olmuşdu. Onda da Ermənistan Azərbaycanı onun ərazisinə müdaxilədə ittiham elədi, Azərbaycan isə sadəcə mövqelərini dəqiqləşdirdiyini bildirdi. Paşinyan BMT-də dünənki çıxışında həmin toqquşmalardan sonra keçirilən qapalı danışıqlardan danışıb:

“Ötən ilin mayında Azərbaycan 40 kvadrat kilometrdən çox ərazini işğal etdi. Onda Azərbaycan bunu onunla əsaslandırdı ki, guya Ermənistan delimitasiya komissiyası yaratmaqdan imtina edir. Biz imtina etmirdik, yalnız təkid edirdik ki, onunla yanaşı sərhədin təhlükəsizliyi mexanizmi də işə salınsın. Nəhayət beynəlxalq müttəfiqlərimizin xahişiylə biz işə başlamağa razılaşdıq. Onlar elə sərhəd komissiyasının işinin sərhəd təhlükəsizliyi üçün etibarlı faktor olacağını deyirdilər. İndi komissiya yaradılıb və işləyir, Azərbaycan isə təcavüzün yeni mərhələsini başladıb, bu beynəlxalq müttəfiqlərin bəziləri isə susurlar”.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, “Paşinyan ilyarım öncə onu güzəştə getməyə kimin inandırdığını, indi isə Azərbaycanın yeni hücumlarına reaksiya vermədiyini dəqiq açıqlamayıb”.

Baş nazir “təcavüz səbəbləri” kimi bir daha kommunikasiya yollarının açılmasına toxunaraq deyib ki, Azərbaycan Ermənistan ərazisindən yol istəyir, bu isə üçtərəfli sənədlərdə nəzərdə tutulmayıb.

“Ermənistan öz qanunvericiliyinə uyğun və öz suveren nəzarəti altında fəaliyyət göstərəcək yol tikintisinə hazırdır”, – o vurğulayıb.

Azərbaycan əsas ərazisini Naxçıvanla birləşdirmək üçün “Zəngəzur dəhlizi” açılmasında israr edir. Ermənistan isə “dəhliz” ifadəsini rədd edir.

Bəs, Qarabağın statusu?

“Azatutyun” yazır ki, Paşinyan 2020-ci ildə 44 günlük müharibədən öncə BMT Baş Assambleyasında çıxışında Qarabağın öz statusunu məhdudiyyətsiz müəyyənləşdirmək imkanının vacibliyindən danışmışdı. Bu dəfə isə heç öz müqəddəratını təyinetmənin adını çəkməyib.

O, beynəlxalq ictimaiyyəti dəstək göstərməyə səsləyib, belə ki, BMT-nin humanitar missiyaları Qarabağa maneəsiz girərək humanitar vəziyyəti, insan haqları ilə bağlı vəziyyəti dəyərləndirsinlər, o cümlədən mədəni irsinin müdafiəsinə təminat versinlər.

Baş nazirin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyası regionun təhlükəsizliyinə töhfə verə bilər. Paşinyan ötən ilin mayında da bu haqda danışmışdı. O zaman Yerevan Sotk-Xoznavar rayonunda beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edirdi. Ancaq rəsmi mənbələr rəsmin mənbələr hökumətin son ilyarımda bu məsələylə bağlı konkret hansı struktur və ölkəyə müraciət etdiyini, hansı cavablı aldıqlarını açıqlamayıb.

Xatırlatma

Sərhəddə ötən həftəki toqüuşmalarda Azərbaycan 80-ə yaxın, Ermənistan isə 200-dən çox hərbçi itirdiyini açıqlayıb. Ermənistan rəsmiləri Azərbaycan silahlı qüvvələrini onların ərazisinə girməkdə, Azərbaycan isə Ermənistanı təxribatda günahlandırıb.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

XS
SM
MD
LG