Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

25 ildir gecikən layihə reallaşır - İranla Azərbaycan anlaşdı


Arxiv fotosu
Arxiv fotosu

►“Astara-Astara əslində Rusiya-İran deməkdir”

“Azərbaycanla İran prezidentlərinin görüşü, yəqin ki, əlaqələri daha da yaxşılaşdırar. Belə böyük görüş biz tacirlərin də işinə fayda verəcək, ya yox, bilmirəm. Ancaq ticarətçilərə gömrük sıxışdırmaları qaldırılsaydı, lap yaxşı olardı”...

İrandan Azərbaycana ədviyyat, quru meyvə gətirib satan Əşrəf siyasətlə maraqlanmadığını deyir.

Ancaq iki ölkə arasında baş verənləri də həmişə izləyir:

“Həm də indi dünyanın İrana qoyduğu sıxışdırmalar da qaldırılıb. Azərbaycan da bundan faydalansa, yaxşı olar...”

“Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib”.

Bunu fevralın 23-də İranda səfərdə olan prezident İlham Əliyev deyib.

İranın energetika naziri Hamid Çitçian da bildirib ki, beynəlxalq sanksiyaların ləğvindən sonra Tehran və Bakı arasında münasibətlərin səviyyəsi yüksəlib. Bu da hər iki tərəf üçün sərfəlidir.

Səfər ərəfəsində isə İlham Əliyev İran teleradiosuna müsahibəsində Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin tərəflərin diqqət mərkəzində olduğunu söyləyirdi.

“Azərbaycan da İrandan faydalanmaq istəyir”

Politoloq Zərdüşt Əlizadə beynəlxalq sanksiyaların götürülməsindən sonra İran iqtisadiyyatının yüksələn xətlə inkişaf etməsinə diqqət çəkir:

“İndi İran daha çox neft sata biləcək. Çox uğurlu, böyük həcmli qaz layihələri ola bilər. Azərbaycan isə uzunmüddətli iqtisadi tənəzzül dövrünə qədəm qoyub. Təbii, Azərbaycan çalışacaq ki, İranın iqtisadi inkişafından öz payını götürsün. Əminəm ki, Şimal-Cənub layihəsini işə salacaq. Ola bilsin, İran karbohidrogenlərinin Avropaya daşınması üçün Azərbaycan da öz ərazilərini təklif edəcək”.

Iran -- Azərbaycan və İran prezidentləri, Tehran, 23 fevral, 2016
Iran -- Azərbaycan və İran prezidentləri, Tehran, 23 fevral, 2016

“Virtualaz.org” saytının şərhçisi Fərhad Məmmədov da beynəlxalq sanksiyaların ləğvindən sonra İranla iqtisadi ticarət sahəsində böyük əməkdaşlıq imkanları açıldığını vurğulayır:

“Çünki İran böyük investisiyalara, ticarətə ac bazardır, uzun müddət sanksiyaların təsiri altında olub. İndi bir çox ölkələr İranla ikitərəfli əlaqələri genişləndirməyə tələsirlər. Azərbaycan da İranın qonşusu və əsas ticarət tərəfdaşlarından biri kimi, fürsətdən istifadə eləməyə bilməzdi. Şübhəsiz ki, bu səfərdə regionda yaranmış vəziyyət, böhranlar, o cümlədən Suriyadakı vəziyyətmüzakirə olunub. Ancaq səfərin ağırlığı Azərbaycanla İran arasında iqtisadiyyat, ticarət əlaqələrinin möhkəmləndirilməsidir”.

25 ildən sonra Astara-Astara dəmiryolu müqaviləsi

Səfər zamanı iki ölkə 11 sənəd imzalayıb. Bunların arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım və elektrik enerjisinin satışı ilə bağlı saziş, iki ölkənin Astara-Astara dəmiryolu xətti və dəmiryolu körpüsü əlaqəsi haqqında müqavilə, səhiyyə və tibb elmi haqqında əməkdaşlıq haqqında anlaşma Memorandumu, SOCAR və İranın Milli Neft Şirkəti arasında neft və qaz layihələrinə dair anlaşma Memorandumu da var.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə deyir ki, Astara-Astara dəmiryolu müqaviləsi Rusiya-Azərbaycan-İran əlaqələrinə yeni bir töhfə olacaq:

“Astara-Astara açılsa, Rusiyadan İrana Azərbaycan dəmiryolu vasitəsilə neft daşınacaq. Çünki bundan əvvəl birbaşa dəmiryolu yox idi. Rusiya-İran-Azərbaycan dəmiryolu əlaqəsi yaranacaq. İran bu dəmiryolu vasitəsilə Rusiya üzərindən Avropaya yüklər də göndərə bilər. Bu, həm Rusiya, həm İrana, həm də Azərbaycana xeyirdir. Nəhayət, 25 il gecikmə ilə bu sadə layihənin işə salınması barədə sənəd imzalanıb. Astara-Astara əslində Rusiya-İran deməkdir. Astaradan Astaraya dəmiryolu açılsa, bu o deməkdir ki, Rusiyadan qatarla çox asanlıqla İrana gediləcək. Vaxtilə bunu Azərbaycandan çox istəyiblər. Azərbaycan Qərbin təzyiqindən çəkinərək bu məsələni uzadırdı”.

MEHR agentliyinin məlumatına görə, Azərbaycan prezidentinin Tehranda görüşü zamanı İran Azərbaycana Xəzər dənizində neft-qaz yataqlarının istismarı və mübadiləsi üzrə təklifləri təqdim edəcək. Tehranın təklifləri iki ölkənin dənizdə neft-qaz yataqlarının birgə işlənməsi, həmçinin neft-qaz ticarətinin genişləndirilməsinə aiddir.

Xəzəri hüquqi statusu...

İlham Şaban
İlham Şaban

İranla Azərbaycan arasında Xəzər dənizində və quruda neft-qaz yataqlarının kəşfiyyatı və birgə işlənməsilə bağlı əməkdaşlıq haqqında keçən ilin payızından danışıqlar başlanıb. Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Xəzərin hüquqi statusunun müəyyənləşməməsi bu sahədə əlaqələri yubadır:

“Çünki Xəzərin hüquqi statusu daha çox siyasi məsələdir. Bu siyasi məsələ böyük dövlətlərin –Rusiya və İranın daha böyük dövlətlərlə, Qərblə maraqlarından asılıdır. Bu, onların arasında olan maraqlar çərçivəsində bir alış-veriş predmetinin nəticəsi olaraq çözüləsi məsələdir. Ancaq İran, hələ ki, Xəzərin statusu məsələsində hamı üçün bərabər bölgü prinsipindən əl çəkdiyini bəyan etməyib. İkinci tərəfdən də maraqlıdır ki, Xəzəryanı ölkələrin içərisində bu ölkələrdən biri Qərb sanksiyaları altında olur. İran sanksiyalar altındaydı. İndi İran sanksiyalardan qismən azad olur, digər tərəfdən, Rusiya sanksiyalar altındadır. Ona görə Xəzərin hüquqi statusu mürəkkəb məsələdir. Deyək ki, 5 il yox, daha uzun müddətə bu məsəlnin həllini görmürəm”.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Səhiyyə ilə bağlı əməkdaşlıqdan kim nə qazanacaq?

Həkim Mehdi Mehdiyev isə iki ölkənin imzaladığı səhiyyə və tibb elmi haqqında anlaşmanı Azərbaycan üçün çox faydalı sayır:

“İran dünya səviyyəsində düzgün səhiyyə proqramı olan, öz vətəndaşlarına sığorta, digər pulsuz tibb xidmətləri göstərən dövlətdir. Azərbaycanın isə ən böyük problemlərindən biri sığortanın tətbiq olunmaması nəticəsində pulsuz səhiyyə xidmətinin yoxluğudur. Ona görə də bu sahədə Azərbaycan İrandan çox şey öyrənə bilər”.

İrana beynəlxalq sanksiyalar qaldırılandan sonra Azərbaycan prezidenti bu ölkəyə ilk səfərini edir. Bundan əvvəl İlham Əliyev 2014-cü ilin aprelində İranda olmuşdu. Həmin ilin noyabrında isə İran prezidenti Hassan Rouhani Azərbaycana gəlmişdi.

İranın rəsmi statistikasına görə, 2015-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 523 milyonavro təşkil edib. Bunun da 350 milyonu İran ixracının payına düşür.

Buna da bax...

12 yaşlı gəlin – Livan üçün adi haldırmı?
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

XS
SM
MD
LG