Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

"Televiziya demək istəyir ki, efirə gəlməyin"


İllüstrasiya. Prezident seçkilərində İTV-də pulsuz efir vaxtı
İllüstrasiya. Prezident seçkilərində İTV-də pulsuz efir vaxtı

►"Müxalif düşərgənin 1-2 dəqiqə üçün 4-5 min manat vermək imkanı yoxdur."

DƏQİQƏSİ 1500-DƏN

Efirdə çıxış eləmək üçün bir dəqiqəyə 1416 manatdan 3540 manatadək ödəməlisən. Söhbət parlament seçkilərinə namizədlərdən gedir.

İctimai Televiziya seçkidə təşviqat kampaniyası üçün tarif cədvəlini açıqlayıb.

Bu qiymətlər günün saatından və həftənin günündən asılı olaraq dəyişir və namizəd efirdəki çıxışı üçün 1 saniyəsinə 20 manatla 50 manat arasında pul ödəməlidir.

Efirdə ödənişsiz təşviqatdan da istifadə etmək olar. Lakin bu hamıya aid deyil. Seçki Məcəlləsinə görə ödənişsiz efir vaxtı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara ayrılacaq. Amma indiyədək yalnız Yeni Azərbaycan Partiyasının bu sayda namizədi qeydə alınıb. İctimai TV ilə yanaşı, «Azərbaycan», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetləri də ödənişsiz dərcə yer ayıracaq.

Buna da bax: Azərbaycanlı sahibkar Obamaya şikayət edəcək

"ÇOX BAHADI"

12 saylı dairədən namizədliyi qeydə alınan REAL hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli deyir ki, ödənisiz efir vaxtı olmazsa, ödənişlidən istifadə etməyəcəklər. O öz reklam kampaniyasını könüllülər vasitəsilə aparcaq, flayer və plakatlar çap etməklə də işi quracaq. Natiq Cəfərli məbləği dəqiq təxmin etməsə də, minimum xərclə reklam işini aparmağa çalışacağını deyir.

“Efir üçün olan qiymətlər çox bahadır. Müxalif düşərgənin 1-2 dəqiqə üçün 4-5 min manat vermək imkanı yoxdur. Bu qiymətlərlə İctimai Televiziya demək istəyir ki, efirə gəlməyin, istifadə etməyin, fikirlərinizi söyləməyin, düşüncələriniz efirdə səslənməsin.”

Natiq Cəfərli xarici təcrübədən missal çəkir.

“Məsələn, Amerikada ən ucuz kommersiya reklamının qiyməti ən baha siyasi reklamın qiyməti ilə eyniləşdirilir. Bu ona görə edilir ki, siyasət və seçkilər ölkənin gələcəyi, tarixi üçün önəmlidir. Lakin Azərbaycanda hakimiyyət istəmir ki, daha çox insan efirə çıxsın, yeni fikir səsləndirsin.”

Buna da bax: Rusiya Suriyanı Xəzərdən vurur - Video

AĞ ATLI OĞLAN GƏLSİN…

​Namizədliyi qeydə alınan Ramin Hacılısa təklif edilən qiymətləri münasib adlandırıb. Ödənişli efir vaxtından istifadə edərək seçicilərlə görüşəcəyini deyir. Bununla kifayətlənməyib qanunla qadağan olunmayan digər üsullardan da istifadə etməklə reklam kampaniyasını aparacağını deyir. Bunun üçüncə maddi vəsait gərək olduğunu və ianə toplama kampaniyasına başladığını əlavə edir:

Ağ atlı oğlan gəlsin...
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

“Belə anlayış var ki, ağ atlı oğlan gəlsin, bizi xilas etsin. Məqsədim insanları prosesə cəlb etməkdir. Əgər namizədin öz pulu varsa, "razılaşdırılmış seçkiyə" gedirsə və mandat əldə edirsə, xalqa ehtiyacı olmur. Seçiləndən sonra da özünü xalqa borclu saymır. İanə kampaniyasının məqsədir odur ki, insanlar namizədə dəstək olurlar. Vətəndaşın prosesdə iştirakı ilə qalib gələn şəxs vətəndaşa borclu olacaq. Digər tərəfdən dəstəkçimiz yoxdur. İTV-də yarım dəqiqəlik efir vaxtı 1500 manat edir. Köynəklər də həmçinin baha başa gəlir.”

Media eksperti Ələsgər Məmmədli ödənişli efir vaxtına diqqət çəkir. O, açıqlanan rəqəmləri fantastik adlandırır. Bildirir ki, efir vaxtı qeydə alınan namizəd sayına görə müəyyən edilir. O, televiziyanın bir illik maliyyə vəsaitinə diqqət çəkir:

Gözlə

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

“TV-nin bir il ərzində maliyyə vəsaitinə baxanda görürük ki, dövlət bir dəqiqəsinin qiymətini təxminən 16 manat müəyyən edib. Əgər efir vaxtını satmaq istəyirsə bu qiymət olmalıdır. Əgər reklama ayrılan yeri satmaq istəyirsə bu, illik reklam gəlirlərinin qanunvericiliyə görə reklam vaxtına bölünməsi ilə alınan rəqəm ola bilər. Bir il ərzində televiziya maksimum 104 min 904 dəqiqə reklam üçün vaxt ayıra bilər. Televiziya illik reklam gəlirlərini bu vaxta bölərək, dəqiqənin qiymətini müəyyən edə bilər. Belə çıxır, namizədlərin efirə çıxmaq imkanları olmayacaq....”

Ələsgər Məmmədli əlavə edir ki, bu rəqələrin heç bir hüquqi və maliyyə əsaslanadırması yoxdur.

Buna da bax: 50 min manat mükafatlı müsabiqə başlanır

MSK və MTRŞ-yə tövsiyə

Namizədlərin qeydə alınma prosesi oktyabrın 9-da tamamlanır. Təşviqat kampaniyasına ayın 10-dan başlanacaq.

ATƏT 2010-cu il parlament seçkilərinə dair hesabatında MSK və MTRŞ-yə belə bir tövsiyə vermişdi: seçki kampaniyası zamanı İTV və digər media quruluşlarında namizədlərlə bağlı bərabər xəbərləməyə necə əməl olunduğuna nəzarət etsinlər. Hesabatda deyilirdi ki, hakimiyyət bütün namizədlər üçün bərabər imkanlar yaratmağa cəhdlər edib, ancaq elektron mediada hakimiyyətdə olan prezidentə daha çox yer ayırıb.

Azərbaycanda noyabrın 1-də parlament seçkiləridir.

XS
SM
MD
LG