Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Müsavat seçkidə iştirak məsələsinə yenidən baxa bilər


Arif Hacılı
Arif Hacılı

►Müsavat Partiyası seçkidə iştirak məsələsinə yenidən baxa bilər.

Bu barədə Partiyanın oktyabrın 19-da yaydığı bəyanatda deyilir.

Bəyanatda partiya bir daha pulsuz efirin olmaması məsələsinə qayıdaraq qeyd edir ki, Azərbaycan hakimiyyəti opponentlərinin hətta qısa müddətli televiziya çıxışlarına belə dözümsüzlük göstərir.

Müsavat təklif edir ki, 15 nəfərdən artıq namizədi qeydə alınan partiya və ya siyasi bloka pulsuz efir vaxtı verilsin.

Əks halda Müsavat Partiyası seçkilərdə iştirakını dayandırmaq məsələsini bir daha müzakirəyə çıxara bilər.

Yada salaq ki, mövcud Seçki Məcəlləsinə görə, birmandatlı seçki dairələrində yalnız 60-dan çox namizədi qeydə alınan siyasi qüvvə pulsuz efir vaxtından istifadə edə bilər.

Bu imkanı yalnız hakim Yeni Azərbaycan Partiyası qazansa da, pulsuz efirdən imtina edib.

XS
SM
MD
LG