Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:22

Rusiyanın embarqosu Türkiyəyə necə təsir göstərəcək?


Arxiv fotosu
Arxiv fotosu

.

Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra böhran özünü enerji sektorunda göstrəməsə də inşaat, tekstil və turizm başda olmaqla müxtəlif sahələrə təsir edib.

Rusiyanın embarqosuna görə:

- Türk firmaları Rusiyada binalar tikməyəcək, memarlıq fəaliyyəti göstərməyəcək.

- Türkiyə vətəndaşları Rusiyada turizm və otelçilik sektorunda işləməyəcək.

- Türkiyə firmalarına dövlət və bələdiyyə tenderlərində iştirak etmək hüququ verilməyəcək.

- Bu firmalar meşə təsərrüfatı sahəsində də fəaliyyət göstərə bilməyəcək.

- Portağal, pomidor, soğan və başqa meyvə-tərvəzlə birlikdə quş əti məhsulalrının da Türkiyədən idxalı qadağan edilir.

- Türkiyə vətəndaşlarının Rusiyaya vizasız daxil olmalarına icazə verilmir.

- Rusiya firmaları Türkiyə vətəndaşlarını işə götürməyəcək.

Bütün bunlar Türkiyə iqtisadiyyatına necə təsir göstərəcək?

İqtisadçı Erhan Aslanoğlu deyir ki, Rusiyanın qadağaları qısa vaxtda təsirli olacaq. Ancaq sonradan Türkiyə bu zərərin yerini doldura biləcək. Ən çoxsa tekstil, inşaat və turizm sektoru ziyan çəkəcək.

Mart-aprel aylarında turizm sektorunda çətinliklər hiss olunmağa başlayacaq

Aralıq dənzi sahilləri rus turistlərin Türkiyədə ən çox istirahət etdikləri yerlərindəndir. Türkiyəyə gələn xarici turistlər arasında rusiyalılar ikinci yeri tutur.

2014-cü ildə Türkiyəyə Rusiyadan 3,3 milyon turist gəlib.

Mədəniyyət və Turizm naziri Mahir Ünal deyib ki, böhran vəziyyəti ilə bağlı Türkiyə öz bazarına yenidən baxacaq, problemi həll etməyə çalışacaq: “Ancaq Rusiya bazarını da itirmək istəmirik”.

Mütəxəssislərə görə turizm sektorunda xüsusilə mart-aprel aylarından çətinliklər hiss olunmağa başlanacaq.

Rusiya turistlərinin Türkiyədən ayağını çəkməsi Türkiyəyə gələn turist sayının 10% azalmasına səbəb ola bilər.

İqtisadçı Erhan Aslanoğlu deyir ki, inşaat sektorunda layihələrin ləğv edilməsiylə bu sahə illik 4,5 milyard dollar itirəcək.

Təbii qaz kəsilə bilərmi?

Rusiya ilə təyyarə böhranından sonra ən böyük suallardan biri Rusiyanın təbii qazı kəsib-kəsməyəcəyi ilə bağlıdır. Türkiyə istifdə etdiyi təbii qazın 55%-ni Rusiyadan alır.

Erhan Aslanoğlu deyir ki, əgər Rusiya təbii qazı kəssə, bu Türkiyə iqtisadiyyatına və sənayesinə ciddi zərbə vuracaq: “Belə vəziyyətdə istehsal, ixracat dayanar. Ancaq belə bir şeyin olacağını düşünmürəm”.

Laləlidə ticarətçilər qan ağlayır

Hazırkı vəziyyətdən ən çox əziyyət çəkən sahələrdən bir tekstil sənayesidir. İstanbuldakı Laləli adlanan ərazidə ticarətçilər kefsizdir. Çünki burdakı ticarətçilərin əsas bazarı Rusiya olub.

15 ildir Lalədidə işləyən Naile Çebiç deyir ki, indi hansısa iş görmək mümkün deyil: “Görürsünüz, dükanlarımız bomboşdur. Çoxu bağlanıb. Nə gələn var, nə gedən”.

Dəri ixracatı ilə məşğul olan Hasan Erin də deyir ki, müştərilərinin 80%-i ruslar olub: “İndi bilmirəm nə olacaq. Belə getsə iki aya müflis olacağam”.

Başqa bir ticarətçi Mehmet Demir isə deyir ki, bütün ticarətçilər qan ağlayır: "Bir-iki aya işlər düzəlməsə, dükanı bağlayacağıq”.

“Laləli demək Rusiya demək deyil. Alternativlərimzi var. Onlarla ticarətimzi davam edir” . Bunu isə başqa bir ticarətçi Eyyüpkoca deyir. O bildirir ki, Rusiya bazarını itirəndən sonra İran və Afrika ölkələri bazarları ilə işləyirlər.

XS
SM
MD
LG