Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:27

Putin Su-24-ün “qara qutusu”nu hələlik açmamağı əmr edib


Müdafiə naziri Şoyqu Su-24-ün "qara qutusu"nu prezidentə göstərir
Müdafiə naziri Şoyqu Su-24-ün "qara qutusu"nu prezidentə göstərir

Müdafiə nazirinə göstəriş verilib ki, təyyarənin uçuş göstəricilərini yazan qurğunu yalnız xarici ekspertlərin iştirakı ilə açsın və bütün məlumat diqqətlə sənədləşdirilsin

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Şoyquya Türkiyə qırıcısı tərəfindən vurulmuş Su-24 təyyarəsinin “qara qutusu”nu hələlik açmamaq göstərişi verib.

Su-24-ün vurulma anı
Su-24-ün vurulma anı

Bundan əvvəl müdafiə naziri Sergey Şoyqu prezidentə Suriya-Türkiyə sərhədində vurulmuş bombardmançıya məxsus parametrik elektron yazı cihazını təqdim etmişdi.

Müdafiə naziri deyib ki, təyyarənin vurulub salındığı ərazidə Suriyanın xüsus təyinatlı qüvvələri tərəfindən əməliyyat aparılıb və bu ərazi silahlılardan təmizlənib. Bundan sonra həmin ərazidə axtarış aparan Suriya hərbçiləri təyyarənin düşdüyü yeri aşkar ediblər.

Sergey Şoyqu deyib ki, yaraqlılar təyyarənin özüyazan qurğusunu aparmağa macal tapmayıblar.

Yalnız xaricilərin iştirakı ilə

Vladimir Putin müdafiə nazirinə göstəriş verib ki, təyyarənin uçuş göstəricilərini yazan qurğunu yalnız xarici ekspertlərin iştirakı ilə açsın və bütün məlumat diqqətlə sənədləşdirilsin.

Müdafiə naziri bildirib ki, “qara qutu” Rusiya təyyarəsinin harada və necə vurulduğunu dəqiq göstərəcək.

Biz Türkiyəyə, bir daha deyirəm ki, təkcə dost yox, həm də terrorla mübarizədə müttəfiq ölkə kimi baxırdıq və heç kim arxadan vurulan bu alçaq, xain zərbəni gözləmirdi

Rusiya prezidenti deyib ki, Moskva hər şeyi dəqiq bilməlidir, lakin ortaya nə kimi məlumatın çıxmasından asılı olamayaraq, “bizim Türkiyə hakimiyyətinin törətdiyi hadisəyə münasibətimiz dəyişməyəcək”.

“Biz Türkiyəyə, bir daha deyirəm ki, təkcə dost yox, həm də terrorla mübarizədə müttəfiq ölkə kimi baxırdıq və heç kim arxadan vurulan bu alçaq, xain zərbəni gözləmirdi” – deyib Putin.

Noyabrın 24-də Rusiyanın Su-24 bombardmançı təyyarəsi Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcısı tərfindən vurulub.

Türkiyə tərəfi ölkənin hava məkanının pozulduğunda və Su-24-ə atəşdən əvvəl dəfələrlə xəbərdarlıq edildiyindəisrar edir. Lakin Moskva əmindir ki, təyyarə Suriya səmasında vurulub və Suriya torpağına düşüb.

Baş vermiş hadisə iki ölkə arasında misilsiz gərginliyin yaranmasına səbəb olub. Rusiya Türkiyəyə qarşı bir sıra ticarət və diplomatik sanksiyalar tətbiq edib.

Bundan başqa Rusiya Türkiyə hökumətini İŞİD-lə oğurluq neft alış-verişində ittiham edib.

XS
SM
MD
LG