Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

R.Akhmetov Donbass separatçılarına qarşı öz fəhlələrini qaldırır (VİDEO)


Mariupolda fəhlə drujinaları.
Mariupolda fəhlə drujinaları.
Ukrayna oliqarxı, “System Capital Menegment” holdinqinin sahibi Rinat Akhmedov Donbass sənaye müəssisələrinin işçilərini silahlı separatçılara qarşı etiraza çağırıb.

“Donbass küçələrində avtomat və qumbaratanla silahlanmış adamlar sərbəst gəzir, qan tökülür, üzdəniraq respublikanın tərəfdarları qarət və quldurluqla məşğuldurlar, dinc insanları girov götürürlər” – deyə bazar ertəsi YouTube portlında yerləşdirdiyi videomüraciətində qəzəbini bildirən Akhmetov “Məgər bu, dinc həyatdır?”- deyə sual edir və mayın 20-də Donbass fəhlələrini 1 saatlıq işi dayandırmağa çağırır.

Oliqarxı belə bir kəskin müraciətə sövq edən hadisə kimi, Donbassın cənubunda, Mariupol şəhərində dəmir yol idarəsinin yaraqlılar tərəfindən zəbt edilməsi göstərilir.

Mətn videonun altında davam edir

Videomüraciətində Akhmetov deyir ki, ilkin olaraq Mariupol fəhlələrinin etiraz nümayişi gözlənilirdi. Lakin separatçılar şəhərə pulemyotlar gətirərək dinc insanları güllələməyə hazır olduqlarını göstəriblər. Qan tökülməsinin qarşısını almaq üçün Akhmetov Donbass sənaye müəssisələrinin işçilərini və əhalini mayın 20-də saat 12-də zavod və fabriklərin fiti, avtomobillərin siqnalları ilə separatçılara etiraz bildirməyə çağırıb.

Akhmetovun çağırışı öz effektini verib. Mayın 20-də Donbassın bir sıra şəhərlədində aramsız avtomobil və müsəəsisə siqnalları eşidilib.

Donbass separatçıları Akhmetovun çağırışına onun müəssisələrinin "milliləşdirilməsi" təhdidi ilə cavab verdilər. Onların liderlərindən biri Denis Pushilin öz mikrobloqunda yazır: "Donetsk xalq republikasına vergi ödəməkdən imtina edən Akhmetov Donbass xalqına qarşı öz seçimi edib. Vergilərin Kiyevə ödənməsi bölgədə terrorun maliyyələşdirilməsi deməkdir". Separatçılar vilayətin kişi əhalisini öz qərargahlarının qarşısına toplaşmağa çağırıblar. Bir sıra şəhərlərdən separatçıların siqnal verən maşınlara hücumları haqda xəbərlər daxil olur.

Akhmetovun çağırışına Donetskin mərkəzində yerləşən pravoslav kilsəsi də qoşulub. YouTube kanalında kilsə zənglərinin səsini kəsmək üçün Rusiyameylli fəalların ora hücumu haqda video yerləşdirilib.
XS
SM
MD
LG