Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Nərmin cinayətinə görə Dondar Quşçu sakinlərinin qalmaqalı


Nərmin cinayətinə görə prezidentdə üz tutdular
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Nərmin cinayətinə görə prezidentdə üz tutdular

Tovuz rayonunun Dondar Quşçu kəndində iki il öncə 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi və meyitinin yandırılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Bu iş üzrə araşdırmalar Gəncə Ağır Cinayətlər Məhkəməsində gedir.

Hər dəfə məhkəmə iclası keçiriləndə onlarla kənd sakini məhkəmənin qarşısına gəlir. Onlar azyaşlının qətlində suçlanan İlkin Süleymanovun qatil olmasına inanmadıqlarını bildirirlər. Eyni zamanda, 1500-ə qədər kənd sakini prezidentə müraciət edərək bu cinayətin düzgün araşdırılmadığını vurğulayıb və obyektiv araşdırma aparılmasından ötrü yardım istəyiblər.

10 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin bacısı nə deyir
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Baş Prokurorluğa məktub göndərəcəyini deyir

Azyaşlının atası Şərif Quliyev iddia edir ki, məhkəmə önünə gələn kənd sakinlərinə hər dəfə bundan ötrü pul ödənilir. Quliyevin sözlərinə görə, Süleymanovlara dəstəyin mənbəyi də onlara məlumdur və bu haqda Baş Prokurorluğa məktub göndərib.

AzadlıqRadiosu Quliyevdən qarşı tərəfə dəstəyin mənbəyini soruşsa da, o bu suala cavab vermək istəməyib: "Mən onu sizə deməyəcəm. Siz prokurorluq deyilsiniz ki...".

Dondar Quşçu sakinləri isə onların hər dəfə 15 manat pul qarşılığında məhkəməyə gəlmələri barədə Quliyevin iddiasının böhtan olduğunu deyir. Bunu həm də özlərinə qarşı təhqir sayan kənd sakinləri Quliyevi məhkəməyə vermək niyyətindədirlər.

"Bizi Nərminin başına gətirilənlər yandırır"

"Biz haqqın arxasınca gəlirik. Nahaq olsaydı, bu ailə kimi kəndin içində tək qalardı. Bizi İlkinin həbsindən daha çox Nərminin başına gətirilənlər yandırır. Amma vicdanımız yol vermir ki, bu iş günahsız adamın üstünə atılsın, biz də dayanıb baxaq. Biz onu məhkəməyə verəcəyik, gəlsin sübut eləsin ki, kimdən, nə vaxt pul alıb bura gəlmişik", – Dondar Quşçu sakini Validə Əliyeva AzadlıqRadiosuna bildirib.

Şərafət Quliyeva
Şərafət Quliyeva

Şərafət Quliyeva da təqsirləndirilən Süleymanovu pul qarşılığında müdafiə etmələri haqda iddianın yalan olduğunu deyir. Onun sözlərinə görə, azyaşlının itkin düşməsi və meyitin tapılmasından sonra valideynlərinin davranışı kənd sakinlərində onlara qarşı münasibətin dəyişməsinə səbəb olub.

"Mən vicdanımı pula satmaram. İstədiyim odur ki, azyaşlı uşağın qanı yerdə qalmasın, günahsız cəzalanmasın", – məhkəmə önündə olan başqa bir sakin Rövşən Həsənovun sözləridir.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG