Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:32

Neftin qiyməti 30 dollardan da aşağı düşdü


(©Shutterstock)
(©Shutterstock)

►Bazara İran gəlir!

Yanvarın 15-də Beynəlxalq Atom Enerjisi Agentliyi İranla bağlı hesabatını təqdim edə bilər.

Bundan sonra "altılıq" ölkələrinin XİN rəhbərlərinin görüşü barədə qərar razılaşdırılacaq.

Bu görüşdə Tehran üzərindən sanksiyaların götürülməsi barədə Vyana razılaşmasının yerinə yetirildiyi elan ediləcək ki, bunun da nərticəsində İran nefti onsuz da neftdən doymuş dünya bazarına çıxacaq.

Cümə günü dünyada xam neftin artıqlığı və İran neftinin bazara qayıdışı ilə bağlı gözləntilər fonunda neft qiymətlərinin düşüşü sürətlənib. Brent markalı neft 3%-dən çox, WTI isə 5% ucuzlaşıb.

Bakı vaxtı ilə saat 14:19 üçün Brent markalı neftin qiyməti bir barrel üçün 3,17% düşərək 29,88 dollar, WTI markalı neftin qiyməti 5,06% düşərək 29,65 dollar olub.

Buna da bax: Qubada etiraz aksiyası keçirilir

Qlobal "neft toxluğu" ilə bağlı kəskin narahatlıq "qara qızılın" qiymətinin növbəti dəfə enməsinə gətirib çıxarıb. Hazırda investorların diqqəti İrandan gələn xəbərlərə yönəlib.

İran XİN-nin nümayəndəsi Həmid Baedinejad özünün İnstaqram səhifəsində bəyan edib ki, Tehran özünün nüvə proqramı üzrə razılaşmaya əməl etməsinin final mərhələsindədir. İran üzərindən Qərb dövlətlərinin sanksiyasının götürülməsi ən yaxın zamanda baş verə bilər.

"Mitsubishi Corp." şirkətinin neft bazarı üzrə risk məneceri Tony Nunan Reuters agentliyinə deyib ki, bu hadisə neft bazarının keçən il gözlədiyindən 3-4 ay daha tez baş verməkdədir. "Odur ki, bu, odun üstünə yağ tökür," deyə o bildirib.

XS
SM
MD
LG